Dua mövzusunda ümidsizliyə qapılmayın

Dua mövzusunda ümidsizliyə qapılmayın
Qadın və Din
10.09.2017 11
1. "Əgər qulum mənə əllərini qaldırıb dua etsə, mən o əlləri boş olaraq geri çevirməkdən həya edərəm."



2. "Mən, qulumun zənni üzrəyəm. Artıq dilədiyi kimi düşünsün!.." 
Yəni siz dua edərkən, o duanızın qətiliklə qəbul olunacağını düşünsəniz, bilin ki, mütləq istəyiniz yerinə yetəcəkdir!..



3. "Bir şeyi istəmək ona nail olmaq deməkdir. Çünki Allahı Təala qəbul etməyəcəyi duanı quluna etdirməz." 
Duanın israrla davamına icazə olunması, o duaya razılıq ediləcəyinin də göstəricisidir. Çünki Allah qəbul etməyəcəyi Duaya israrla davam şansı tanımaz.
Əgər sən bir mövzudakı Duanda israrlı deyilsənsə, o Duanın yerinə yetmə şansı da son dərəcə aşağıdır. Duada ən əhəmiyyətli köməkçi faktorlardan biri də istənilən şey barəsində israrlı olmaqdır. Hər hansı bir mövzuda bir iki dəfə dua edib sonar isə dayanmaq son dərəcə səhvdir.



4. "ALLAH İSTƏMƏDİKCƏ SİZ İSTƏYƏ BİLMƏZSİNİZ !." 
- Yaxşı, biz dua etdiyimiz zaman qəbul olarmı?.. Yəni, bizdə ortaya çıxan bu istək, gerçəkdə Allah istəmiş olduğu üçün bizdə də ortaya çıxmaqdadır!.. Əgər Allah istəməmiş olsaydı biz də o şeyi istəyə bilməzdik.



5. Uca Allah (c.c.) belə buyurar: "Başına bir bəla gəldiyi zaman mənə sığınan qulun, o özü heç bir istəkdə olmadan dilədiyini yerinə yetirər və daha yalvarmadan duasını qəbul edərəm. Buna qarşılıq başına bir bəla gəldiyi zaman mənə deyil də varlıqlardan birinə sığınan qulun üzünə bütün səma qapılarını kilidlərəm." 



6. Dahhak deyər ki: "hər 40 gecədə bir başına ya bir bəla? ya bir kədər və ya bir müsibət gəlməyən kimsənin hesabına Allah (C. C) qatında heç bir xeyr yazılmaz."



7. Həzrəti Rəsulullah aleyhi'sselatı vəssalam buyurur: "Hər hansısa bir qul əllərini qaldırar və Allahdan bir dilək diləsə tələsik etmədiyi təqdirdə qətiliklə duasına razılıq edilər.- Tələsik necə olar ya Rəsulullah?..- deyə soruşurlar. ,,Dua etdim etdim, qəbul olmadı, deyib duanı dayandırmaq səhvdir. Dua yerinə gələnə qədər israr etmək lazımdır,, Həzrəti Rəsul aleyhissələm "şəksiz - şübhəsiz qəbul olacağından əmin olunaraq" dua edilməsini tövsiyə etmişdir.



8. DUA edilən zaman ŞEYTAN xüsusiyyətiylə bilinən CİNlərin insana çox səhv fikirlər təlqin edər ki, bu da insanı bu çox təsirli silahı istifadə etməkdən məhrum buraxar. Tam içinizdən dua etmək gəlmişkən, ŞEYTAN adıyla, şeytaniyyət xüsusiyyətləri ilə ləqəblənmiş olan CİNlər dərhal bir vəsvəsə verərlər.
"Aman canım niyə dua edim, necə olsa taleyimdə varsa olar!"
"Dua etsəm də etməsəm də iş olacağına çatar."



Və beləcə siz, dua etməkdən imtina edib ən güclü SİLAH olan Duadan məhrum qalarsınız. Duadan məhrum qalmaq, dua etməmək surətiylə də nələrdən məhrum qaldığınızı əsla xəyal belə edə bilməzsiniz. Məhz buna görədir ki, Həzrəti Rəsulullah aleyhi's-səllam baxın bizə nə tövsiyə edir:



"Ən böyük istəklərinizdən tutmuş ən xırda şeylərə qədər hər şeyi Allahdan istəyin.."
"Allahın fəzli kərəmindən istəyin, çünki istənilməsindən xoşlanar."
"Şübhəsiz ki Allah israrla dua edən qullarını çox sevər'
"Həssas olduğunuz saatlarda dua etməyi qənimət bilin. Çünki bu hal rəhmət saatının halıdır". 



Allah ona ehtiyacı olan kimsəni heç vaxt darda qoymaz.
Hər zaman uca Allahdan diləyin, inşallah bir gün əlbət istəkləriniz yerinə yetəcək!...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!