++++++++++++++++++++Boşanmaq Günahdır.

++++++++++++++++++++Boşanmaq Günahdır.
Qadın və Din
10.09.2017 7


Azərbaycan müsəlmanları içində boşanmaq haqqında müxtəlif anlayışlar vardır. Heç şübhəsiz ki, bizim dini və mədəni həyatımızda boşanmaq lap dədə-baba dövrümüzdən bəyənilməyən bir əməl kimi qəbul edilmişdir. Bu günə qədər də insanlarımızın beyinlərində bu münasibət yaşamağa davam edir. Lakin çox təəssüf ki, zamanımızda Şəriətin məqsədlərini anlamayan bəzi cahil müsəlmanlar bu məsələni də insanların gözündə xəfifləşdirməkdən geri qalmırlar. Onların anlamadıqları kəlamları dillərində çevirib durmaqları öz cahilliklərini başqalarına yaymaqla bitmir, əksinə insanları lazımsız anlayışlara və əməllərə sövq edir.

Bizim səmimi niyyət sahibi gənclərimizin çoxu evlənə bilmədikləri halda və bu evliliyin məqsədlərini anladıqları qədər də, onun məsuliyyətini də anlamağa çalışdıqları halda, digər "təcrübəli" qardaşlarımız bacıları alıb boşamaqla məşğuldur. Məclislərdə qul haqqından danışan insanlar evlərində qul haqqını ayaqları altına sərib tapdalayan nankör insanlar da çoxdur. Dəyərdən ağız dolusu danışan "dəyərsizlərimiz" vardır. Allah tərəfindən onlara tapşırılmış əmanətləri qoruya bilməyənlər, hamıdan qabaq əmanətlərə riayət etmək haqqında danışırlar. Öz qardaşlarının, yəni müsəlmanların bir-birilərinə qarşı haqqlarından öyüd-nəsihətlər verən qardaşlarımız, bu haqqlara ən çox ehtiyac duyan müsəlman bacılarımızı haqqsız buraxıblar. Lakin onlara qarşı deyilən sözlərdən nəticə çıxarmazlar.

Mövzu barəsində məşhur bir hədis vardır və çoxlarımız bu hədisi eşitmişik:
إ
ن أبغض الحلال عند الله الطلاق


"Allah yanında halallar arasında ən nifrət ediləni boşanmaqdır."
Bu hədis haqqında geniş bir müzakirə mövcuddur. Hədisin sihhəti və onun mənası haqqında alimlər fərqli görüşlərə sahibdirlər. Şeyx əl-Albani, rahiməhullah, bu hədisi zəif hədislər içərisində zikr etmişdir və Allahın izni ilə hədisin sihhəti və mənası haqqında söhbətimiz gələcəkdir.

Həm hədis haqqında bir açıqlamaya ehtiyac duyulduğu üçün, həm də bu mövzunu aktual bir mövzu olaraq gördüyüm üçün bu barədə bir iki kəlimə yazmağa qərar verdim. Müvəffəqiyyət Allahdandır. Onun elmi hər şeyi əhatə edir və biz Onun bizə öyrətdiklərindən faydalanmağa və nəsihət etməyə çalışan qullarıyıq.




Redakte etdi: PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!