+++++++++++İmam Məhdi (ə.f) həyatı barədə qısa mə’lumat

+++++++++++İmam Məhdi (ə.f) həyatı barədə qısa mə’lumat
Qadın və Din
10.09.2017 6
On ikinci mə’sum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şə’ban ayının on beşində Samirra şəhərində anadan olmuşdur. 



Onun adı İslam Peyğəmbərinin adından, yə’ni, MƏHƏMMƏD, künyəsi də Peyğəmbərin künyəsindəndir, yə’ni, Əbülqasimdir. Mə’sum İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər. Onun ləqəblərindən Hüccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman və Bəqiyyətullahı qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir. Atası on birinci İmam Həzrət Həsən Əskəri (əleyhissəlam), anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır. Nərcis xanımın fəzilət və mə’nəviyyatı o dərəcədə çox olmuşdur ki, özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi əleyhissəlamın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır. 

Həzrət Məhdi (əleyhissəlam) iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli (kiçik qeyb dövrü), digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur. Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin (yə’ni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət zühur edənə qədər davam edəcəkdir.

________________________________________



Əl-İrşad, səh.346. Bə’zi mənbələrdə on ikinci İmamın hicrətin 256-cı ilində anadan olduğu qeyd olunmuşdur. Məsələn, Şeyx Səduqun "Kəmalüddin” kitabı, səh.432.

Əl-İrşad, səh.346. On ikinci İmamın əsl adı Peyğəmbərin (səlləllahu əleyhi və alih) adındandır. Lakin bə’zi hədislərdə onun əsl adını çəkmək qadağan olunduğu üçün onun adını yuxarıdakı şəkildə yazırlar.

Kəmalüddin, səh.648. O Həzrətin adının qadağan olunması onun qeybə çəkildiyi ilk mərhələyə qədər olmuş və siyasi məqsəd daşımışdır, lakin onun zühuruna qədər qadağan edilməsi barədə şiə alimləri arasında fikir müxtəlifliyi var. Bu barədə ətraflı mə’lumat almaq üçün Hacı Mirzə Hüseyn Təbərsi Nurinin "Ən-Nəcmus-saqib” kitabına müraciət etmək olar. səh. 48–49.

Ə’lamül-vəra, səh.418.

İsbatül-vəsiyyə, səh.248.

Əl-füsulül-mühimmə, səh.310.

Əl-İrşad, səh.346.

Əl-İrşad, səh.346.

Rəvzətül-vaizin, səh.283; Biharül-ənvar, c.51, səh.12.

Bə’ziləri İmam Zamanı atası vəfat edən gündən onun kiçik qeyb dövrünü hesablamışlar.

Əl-İrşad, səh.346.


Redakte etdi: PRETTY_GİRL
скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!