Namaz qıl

Namaz qıl
Qadın və Din
10.09.2017 66
Bir gün Mələklərin rəhbəri Cəbrail ( əleyhissəlam ) ALLAH dərgahında 2 rükət Namaz qılır.

Bu iki rükət Namazın müddəti, dünya vaxtı ilə dörd min ilə bərabər olur.

Cəbrail ( ə ) Namazı bitirdikdən sonra, Cənabi Haqqa üzün tutub.

"..Ey RƏBBim, yer üzərində, SƏNə ibadət edən bəndələrin arasında mənim kimi Namaz qılanı oldumu..?.."

ALLAHu Təala Cəbrailə ( ə ) : "..Bəli..Oldu.." cavabın verincə, Cəbrail ( ə ) təəcüblə bir anlıq fikrə gedir.

ALLAHu Təala : "..Bəndəmin 2 rükət qıldığı Namaz, sənin dünya zamanı ilə dörd min il qıldığın 2 rükət Namazdan daha fəzilətli, savabı daha çoxdur ki, sən günahın, pisliyin nə olduğunu bilmərsən. Sənin nəfsin, tamahın yox, bunlardan uzağsan. Ama bəndəm dünyada az bir zamanda olsa, dünya nemətlərindən üz çevirərək, nəfsinə, tamahına üstün gələrək, şeytanı unudarağ qibləyə üz tutub məni zikr edib,

Təkbir gətirib, ALLAHu Akbar deyəcək.."



Hə Qardaş və Bacılarım, ALLAHın insanı mələkdən üstün tutduğunu yəqinki bilirdiniz. Mələklər ALLAHı görərək ibadət etsələrdə, İnsanlar ALLAHı görmədən, Onu dərk edərək ibadət edərlər. Məhz buna görədə, ALLAHu Təala Adəmi yaradanda, Mələklərə, deyil ibadət məqsədilə, təzim məqsədilə səcdə qılmasını əmr etdi. Amma, İblis bu əmrə asi oldu və bizə düşmən olmağda hələdə israrlı.



"..Bu kiçik bir ömrü vermə sən bada,

Günahsız bir bəşər yoxdu dünyada.

Kiçik bir günaha yumma göz qəti,

Dağların gör necə var əzəməti..!

O Dağ ki, hər kiçik daşla dikəlmiş,

Amma, gör önündə nə sərgilənmiş..?

Tövbəni yubatma əcəl zamansız,

O Ölüm Mələyi VALLAH amansız.

Namaz qıl, ALLAHa eylə ibadət,

Oruc tut, ruhuva vermə əziyyət.

Sən günəş doğmamış oyan yuxudan,

Könlünə işləsi mübarək Azan.."

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!