+++++++++++++++++++Birdən Cəhənnəmə Düşşən!

+++++++++++++++++++Birdən Cəhənnəmə Düşşən!
Qadın və Din
10.09.2017 9


Səni dəhşətə salan qorxu ilə və öz zəif bədəninlə Sirat körpüsünün üzərindən keçməyini təsəvvür et! Əgər qəzəbə tuş gəlmiş və bağışlanmamısansa, birdən-birə ayağının Siratdan sürüşdüyünü görərsən. 

Əgər Allah səni qorumazsa, ayağın Siratın üzərində sürüşərkən halını düşün. O zaman öz-özünə ″ Əbədi olaraq məhv olub getdim!″ deyərsən. Ağlın çaşar. Sonra o biri ayağın da sürüşər. Baş aşağı yuvarlanarsan. Ayaqların Siratdan birdəfəlik üzülər. Dəmir qarmaqların dərinə və ətinə batmasından başqa bir şey hiss etməzsən. Onlar vasitəsilə atəşə doğru dartılarsan. Atəş isə sənin üzərinə amansızcasına hücum edər. 

Cəhənnəm öz Rəbbinin qəzəbi üzündən qabarmış, şahə qalxmış bir haldadır. Atəş səni çəkdikcə sən Siratdan daha aşağıya doğru enərsən. Atəşin hərarətini hiss etdiyin anda ″Məhv oldum! Həlak oldum!″ deyə fəryad edərsən. Peşmanlıq və təəssüf bütün qəlbini bürümüşdür. Hələ ölməmişdən əvvəl və dünyada ikən Əziz və Cəlil olan Allahı razı etməyi, Onun xoşlamadığı hər şeydən əl çəkməyi və beləcə də səni bağışlamasını əbəs yerə təmənna edərsən. 

Nəhayət, sən atəşin ortasına çatınca alovlar sənin üstünü tamamən örtər. Ürəyinin həsrət və müdhiş bir peşmanlıq hissi son nöqtəsinə çatar. Üzüquylu Cəhənnəmə yuvarlanaraq fəryad və fəğan etdiyin anda Əziz və Cəlil olan Allah Cəhənnəmdən ″Doldun mu?″ deyə soruşar. Sən həm Cənabı Haqqın səslənməsini, həm də Cəhənnəmin bu cavabını eşidərsən: ″Yenə də var mı?″ (Qaf surəsi: 30) Sən atə şin içində ikən, alovlar vücudunu bürümşkən və bütün bədənin başdan-başa yaralar içində ikən Uca Allah:

″Boş yerin var mı?″ deyər. Sonra çox keçməz ki, vücudun axar, ətlərin tökülər, sadəcə sümüklərin qalar. Daha sonra atəş daxilinə hücum edər. Orada nə varsa, hamısını yeyib qurtarar. Sən fəryad edərsən, atə ş isə ciyərlərinin içinə girər. Ciyərlərinin halını təsəvvür edə bilərsən? Sən ağlayaraq peşmançılığını hayqırdığın anda belə artıq sənə heç kimin yazığı gəlməz. Bir daha günaha dönməyəcəyinə söz verib tövbələr etsən də, nə tövbən qəbul edilər, nə də fəryadına bir cavab verilər.



Redakte etdi:
PRETTY_GIRL




скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!