İblisin Allahla söhbəti

İblisin Allahla söhbəti
Qadın və Din
10.09.2017 13


İblisin Allahla söhbəti 




Bilindiyi kimi şeytan, Adəmə səcdə etməklə əmr olunduğu zaman, bu ilahi əmre qarsı çıxmış və : "çünki mən Adəmdən daha xeyirliyəm" deyərək ona səcdə etməməklə özünün haqlı olduğunu iddia etmişdir. Nəticədə qazandığı cəzaya düçar olmuş, ilahi hüzurdan və Cənnətdən qovulmuşdur. Və bu zaman İblis uca Allahdan özü üçün möhlət verilməsini istəmiş və bu istəyi qəbul edilmişdir. Onun bu istəyini ilahi hikmətinə görə qəbul edən Uca Allah bu zaman onun belə dediyini bizlərə bildirməkdədir : "(İblis) dedi: 'Siz məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sizin düz yolunun üstündə oturan insanlara (Sizə ibadət və itaət etməyə) mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Siz onların əksəriyyətini şükür edən görməyəcəksiniz!' " (Eraf surəsi, 16-17) 



Bax Allahın düşməni, özünə möhlət verildiyini anlayınca, Adəm oğullarına düşmənliyini belə ifadə etmiş, Allahın doğru yoluna oturub bütün gücü ilə insanları bu doğru yoldan azdırmaq üçün çalışacağına, heç bir zaman bu çalışmalarına ara vermədən davam edəcəyinə "and içərək" bildirmişdir. İslam böyüklərinin bildirdikləri kimi, Müsəlmanların Allahın Kitabı, haqq yolu və dini olan İslam ilə əlaqələrini zəiflətmək üçün hiylə və vəsvəsələrinə davam edecəyinə and içmişdir. Gəlin qəlblərimizdə və yollarımızda oturmuş seytanları "azdırmaq" ucun, Allahimizdan komək diləyək və bu yolda tək bir vəhdət halıda birləşək...



Redakte etdi: PRETTY_GIRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!