+++++++++++++++++Həzrəti Əli (s.a.s)`dən Kəlamlar

+++++++++++++++++Həzrəti Əli (s.a.s)`dən Kəlamlar
Qadın və Din
10.09.2017 40
1. Mənim Allaha və qiyamət gününə inamim o dərəcədədir ki, Allahla bəndə arasında hicab götürülsə belə inamımda zərrə qədər dəyişiklik olmaz. 



2. Insanlar bu dünyada yatmışdırlar. Öldükləri zaman hər şeydən xəbərdar olarlar. 



3. Insanların öz ata-babalarından artıq zəmanələrinə oxşarlığı var. 



4. Öz qədrini bilən hər kimsəyə ölüm qorxulu deyil. 



5. Hər bir insanin qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür. 



6. Özünü tanıyan hər bir şəxs, Allahını da tanıyar. 



7. Hər bir adam öz dilinin arxasında gizlənmişdir. 



8. Dili şirin olan kimsənin qardaşları çox olar.



9. Yaxşılıqla azad adamı da qul etmək olar.



10. Danışanın özünə yox, sözünə daha çox diqqət ver. 



11. Bəla vaxtı qorxuya düşmək möhləti artırır və insanı savabdan azad edir. 



12. Zülümlə qələbə əldə etmək olmaz. 



13. Təkəbbürlü adamı heç kəs tərif etməz. 



14. Simicliklə ehsan bir yerə sığmaz. Yəni paxıl kimsə ehsan edə bilməz. 



15. Bədənin sağlamlığı çox yeməklə deyil. 



16. Əxlaqsız adamın şərəfi olmaz. 



17. Tamahkar adam haramdan əl çəkməz. 



18. Paxıl adamın rahatlığı olmaz.



19. Yalan olan yerdə məhəbbət olmaz.



20. İntiqam almaqla ağalıq tutmaz. 



21. Məsləhət ütməyən kimsə, mətləbinə nail olmaz!



22. Yalançı şəxsin rəhm və mürvəti olmaz!



23. Pəhrizkarlıqdan yaxşı ləyaqət ola bilməz.



24. İslamdan yüksək şərəf yoxdur.



25. Pəhrizkarlıqdan yaxşı pənahgah yoxdur.



26. Tövbədən artıq şəhafət üdici yoxdur.



27. Salamatlıq ən gözəl güyimdir.



28. Nadanlıqdan bütər dərd yoxdur.



29. Ağlın azlığından bütər xəstəlik olmaz.



30. Dilinə nəyi öyrətsən, sənə o şeyi qayratır.



31. Qaşqabaqlı, pisniyyətli olmaqla, ziyarət olmaz. Yəni elə ziyarətin faydası yoxdur.



32. İnsan bilmədiyi şeyin düşmənidir.



33. Allah rəhmət etsin o kimsəyə ki, öz qədrini bilib, həddini aşmaz.



34. Üzrü təkrar ətmək, günahı təzələməkdir.



35. İnsanlar arasında bir kəsə nəsihət etmək onun üçün danlaqdır.



36. Ağlı kamil olan kimsə az danışar.



37. Şəfaət edən kimsə ehtiyac sahibinin qanadıdır.



38. Ayrılıq insan üçün zillət və xarlıqdır.



39. Nadan adamın xoşbəxtliyi zibillikdə olan bağ-bağça kimidir

Redakte etdi:
PRETTY_GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!