+++++++++++Ən böyük günah ata-ana üzünə ağ olmaq

+++++++++++Ən böyük günah ata-ana üzünə ağ olmaq
Qadın və Din
10.09.2017 20
Müasir insan sadə həyat tərzindən ayrılıb, modern yaşayışa uz tutduğundan mə`nəvi böhrana düçar olmuşdur. Böyüklərin, xüsusi ilə də ata-ananın təcrübəsinə arxa çevrilməsi bu böhranın tərkib hissələrindəndir. Bu böhran ucbatından cəmiyyətdəki insani münasibətlər də pozulmuşdur. Bütün bu səbəblərdən övladlar valideynlərin haqqında diqqətsizlik göstərir, onların hörmətini saxlamaq barədə düşünmürlər. Hansı ki, valideynin haqqını yerinə yetirməmək böyük günahlar cərgəsindədir. Həzrət Peyğəmbər (s) buyurur: "Kəbirə (böyük) günahların ən böyüyü Allaha şərik qoşmaq və ağvalideynlikdir.” ; "Valideyni incitməkdən çəkinin. Behiştin qoxusu min illik yoldan duyulsa da, ağvalideynlər bunu anlamaz.” 

Şübhəsiz ki, ata-ananı incitmək dedikdə, onları fiziki cəhətdən əziyyət vermək nəzərdə tutulmur. Valideyni narahat edəcək bütün hərəkətlər ağvalideynlik hesab olunur. Qur`ani-kərimdə buyurulur: "Onlara "uf” belə demə.” Digər bir ayədə oxuyuruq: "Allah məni (İsanı) anama qarşı olduqca itaətkar və nəvazişkar etdi…” 

Ağvalideylik səbəbindən namazlar qəbul edilmir, günahlar bağışlanmır. Hansı ki, valideynə ehtiram ömrü uzadır, ne`mət və hörməti artırır.






Redakte etdi: PRETTY_GIRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!