Ölümdən sonra mövcud olan birinci mərhələ: Ölümdür

Ölümdən sonra mövcud olan birinci mərhələ: Ölümdür
Qadın və Din
10.09.2017 19
Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...



İnsan istədi-istəmədi və gözləmədiyi halda onu haqlayan mərhələ ölüm mərhələsidir. Bu barədə «Ənkəbut» surəsinin 56-cı ayəsində buyurulur: «Bütün insanlar ölümü dadacaq, sonra isə bizə tərəf qayıdacaqlar.»

«Nisa» surəsinin 78-ci ayədə buyurulur: «Harada olsanız, ölüm sizi haqlayacaq. Baxmayaraq ki, möhkəm və alınmaz qalalarda yaşıyasınız.»

«Ali-İmran» surəsinin 145-ci ayədə buyrulur: «Heç bir insan Allahın icazəsi olmadan ölə bilməz. İnsanların yaşaması üçün müəyyən vaxt təyin olunub ki, o təyin olunan vaxta qədər onlar dünyada qalacaqlar».

Digər ayədə buyurulur: «Cihadda iştirak etməyən münafiqlər müharibədə şəhid olanları (məzəmmət) edərək «biz onlara dedik getməyin. Onlar isə bizim sözümüzə baxmayıb gedib müharibədə iştirak edərək öldürüldülər»- deyirdilər. Ya Peyğəmbər! onlara de ki, siz düz deyirsinizsə, ölümü özünüzdən uzaqlaşdırın. Siz ölümdən qaça bilməyəcəksiniz. Ölüm sizi tapacaq».

«Cümə» surəsi, 10-cu ayə: «Siz qaçıb, uzaqlaşdığınız ölümlə nəhayət ki, görüşəksiniz. Sonra isə Allaha tərfəf qayıdacaq və etdiyiniz əməlləri sizə xəbər verəcəklər».

Əli (ə) buyurur: «Siz ölənlərin nələr gördüklərini görsəydiniz qorxudan özünüzü yığışdırıb haqqı dinləyib itaət edərdiniz. Amma heyiflər olsun ki, onların gördükləri sizlərə qaranlıqdır. Lakim yaxın gələcəkdə bu pərdə sizin gözünüzdən götürüləcəkdir.»

İslam Peyğəmbəri (s) buyurur: «Əgər heyvanlar sizin ölüm haqda bildiyinizi bilsəydilər istifadə etmək üçün onlardan yağ əldə edə bilməzdiniz.» Bir gün olacaq ki, günəş çıxdığı yerindən batacaq. Bu gün insanların qarşısında olan ən çətin anlarından və keçəcəyi ən ağır mərhələlərindən biridir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!