Moize ve nesihet

Moize ve nesihet
Qadın və Din
10.09.2017 21
 
Hədisi-Qüdsidə ALLAH-Təala buyurur: "Öz izzət və cəlalıma and olsun ki, İslamda saçını ağartmış kişi və qadın bəndələrimə əzab verməkdən utanıram.
Peyğəmbər (s.a.v) bu kəlamı söyləyib ağlamağa başladı. O cənabdan soruşdular ki, nə üçün ağlayır? 
Buyurdu: "Ona görə ağlayıram ki, ALLAH-Təala onlara əzab verməkdən utanır, amma, onlar ALLAH-Təala hüzurunda günah etməkdən utanmır.
ALLAH-Təala hər bir işi görəndə sadəcə "ol" deyər və o iş dərhal olar. Yalnız mömin bəndənin canını alanda tərəddüd edir, "alım, almayım". Bu da ALLAHın bəndələrə olan mərhəmətindən irəli gəlir.
İnsanın işi çox təəccüblüdür. O hamının və özünün də öləcəyini bilir, amma, haçan öləcəyini bilmir. Bu onu qorxudub həyəcana salmaq əvəzinə, ona ümid verir və güman edir ki, hələ ölməyəcək. O, öləndən sonrakı aləmi və hesabatı da bilir, lakın onun üçün hazırlıq görmür.
Əli (ə) buyurub: ALLAH yanında olan şeylərə rəğbət bəsləmək ruhən yüksəlməyə səbəb olar, dünyaya rəğbət bəsləmək isə qəm-qüssəyə səbəb olar.
Peyğəmbər (s.a.v) buyurub: Günahların hamısı bir evdə qoyulub, o evin açarı şərabdır. Şərab içən kəsin elə vaxtı olur ki, o öz Pərvərdigarını tanımır, bu onun məst vaxtında olur.
İmam Cəfər Sadiq (ə) demişdir; ALLAHın bəndələri şərab içmədikcə bəndədirlər. İçki içərkən isə ALLAH həmin bəndəsini öz ixtiyarına buraxar. Onun yoldaş, dost və həmdəmi şeytan olur ki, onu hər cür pis işə cəlb edir və xeyir işlərdən uzaqlaşdırır. Odur ki, ALLAHın buyurduğu yolla gedib ruhən yüksəlmək gərəkdir.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!