++++++++++++++++++++++Təmizlik

++++++++++++++++++++++Təmizlik
Qadın və Din
10.09.2017 17
İlahi dinlərin ortaq xüsusiyyətlərindən biri də təmizlikdir. 



İlahi olmayan dinlər də böyük nisbətdə təmizliyi təşviq etməklə birlikdə



bəzi bütpərəst dinlər çirkliliyi, yuyunmamağı bir dəyər kimi görüb 



bu hərəkəti dünyadan uzaqlaşmaq olaraq görmüşlər. 



Təmizliyin insan sağlamlığı baxımından əhəmiyyəti bu gün daha



yaxşı bilinməkdə və çirkliliyin bir ərdəm olaraq qəbul



edilə bilməyəcəyi açıq-aşkar ortaya çıxmışdır. 



Dinlər təmizliyi ümumiyyətlə iki qrupda ələ alarlar. 



Birincisi maddi təmizlik, ikincisi isə mənəvi təmizlik.



Maddi təmizlik insanın bədəninin, paltarlarının və



yaşadığı evin, məhəllənin, ətrafın təmiz olması mənasını verər. 



Mənəvi təmizlik isə pisliklərdən, günahlardan, zərər verici şeylərdən



uzaq dayanmaq, tövbə etmək, bağışlanma diləmək, ruhu günahlardan arıtmaq deməkdir.



Maddi çirklilik insanın bədəninə və sağlamlığına zərər verər,



onun xəstəliklərə tutulmasına səbəb olar. Bu baxımdan Peyğəmbərimizin



sünnəsinə uyğun gələrək əllərimizi hər fürsətdə yumalı, əlimizi,



məqsədsiz sağa sola sürməməli, əlimizi və ya əlimizdəki qələm,



silgi kimi cisimləri ağızımıza aparmamalıyıq. Bir çox xəstəliklər



ağızda yığılan bakteriyaların qana qarışması nəticəsi ortaya çıxar. 



Buna görə ağız və diş təmizliyinə çox diqqət yetirməli,



Peyğəmbərimizin tez-tez dişlərini budaq parçasından etdiyi 



fırçayla (misvak) təmizlədiyi kimi biz də diş fırçasıyla gözəlcə təmizləməliyik. 



Cəmiyyət içinə təsadüfi çıxmamaq, təmiz və nizamlı olmaq insanlara 



verdiyimiz hörməti göstərər. Təmiz və nizamlı geyinənlər də cəmiyyət



tərəfindən hörmət görər. Sevilən və hörmət edilən biri olmaq



istəyiriksə bunun birinci şərti geyimimizə diqqət göstərməmizdir.



Mənəvi çirklilik də insan ruhuna zərər verər, onun müxtəlif ilişmələrə



basdırılmasına, qaralmasına, mərhəmətsizləşməsinə səbəb olar. 



Mənəvi çirklilik insan ruhuna çöküncə, ona dünyadakı gözəllikləri göstərməz, 



ürəyini bərkit/qatılaşdırar, mərhəmət duyğusunu itirdirər. 



Mənəvi çirklilik insanı mərhəmətsiz bir canavar edər, 



günahsız körpələri belə göz qırpmadan öldürə biləcək qədər canılaşdırar.



Günahlar, vicdanını işləməz hala soxduğu üçün pislik etməkdən heç narahat olmaz.



Bədənimizi təmizləmək üçün duş qəbul edərik.



Yaxşı ruhumuzu necə təmizləyəcəyik? 



Bunun yolunu dinimiz belə öyrətmişdir:



Ruhumuzu günahlardan arıtmaq üçün:



1. Əvvəlcə işlədiyimiz pisliyə dərhal son verməliyik. 



2. İşlədiyimiz pislikdən ötəri içdən peşmanlıq eşitməli,



özümüzü etdiyimiz bu pis hərəkətdən ötəri ayıblamalıyıq.



3. Etdiyimiz pislik başqa insanları maraqlandırırsa onlardan



üzr istəməli, haqqlarını halal etmələrini istəməliyik. 



4. Pis davranışımızdan ötəri Allaha tövbə etməli, bizi bağışlaması üçün dua etməliyik.



5. İnsan nəfsi çoxu dəfə pisliyi təkrar təkrar işləməyə uyğundur.



Bunun qabağına keçmək üçün etdiyimiz pisliyin tam tərsi istiqamətində



bir yaxşılıq etməliyik. Məsələn bir yoldaşımızın qələmini oğurlamış isək,



bu çox çirkin davranışımızın qabağına keçmək üçün həm oğurladığımız



qələmi sahibinə verib, ondan üzr istəməli, həm də sevdiyimiz bir



yoldaşımıza bir qələm hədiyyə etməliyik. Beləcə özümüzü öyrətmiş 



və bu çirkin davranışdan özümüzü qurtarmış olarıq.



Mənəvi çirkliliyi artıran ən böyük təhlükə, pislik edən kimsənin



"Nə var, bunu yalnız mənmi edirəm, hər kəs edir" deyərək etdiyi 



pisliyi içinə həzm etməsi və vicdanını susdurmasıdır.



Belə deyən biri, pisliklərə açıqca dəvətnamə çıxarmış deməkdir. 



Belə düşünən biri, bu anlayışını dəyişdirməzsə qısa müddət içində ruhi



təmizliyini itirər. Davamlı vicdanını susdurduğu üçün



bir zaman sonra artıq vicdanı çalışmaz hala gələr.



İslam dininin əmr etdiyi ibadətlər, maddi və mənəvi təmizliyi təmin edər.



Allahın və insanların sevdiyi, təmiz, tərtəmiz, ışıl ışıl insanlar 



olmamız üçün Uca Allah bizə bu ibadətləri etməmizi istəməkdədir.





Redakte etdi:
PRETTY_GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!