Bir uşağa "Həyat" necə izah edilməlidi?

Bir uşağa
Qadın və Din
10.09.2017 3


Rəfiqəmin qızı 3 yaşına gəlmişdi, "Sən Müəlliməsən, nələr öyrətməyimlazımdır, bəzən özümü çox çarəsiz hiss edirəm" dedi. Sualı asan idi, amma 

cavabı çətin idi, ağıl vermək sadə idi, amma tətbiq edilməsi çətin idi. İzah etməyə başladım:



Analıq uzun zaman alan sahə və günün iyirmi dörd saatı davam edən adı "İnsan

yetişdirmək" olan bir işdi. İlk olaraq bilməlisən ki, zaman alacaq. Nəyə zaman

xərcləsən, onun qarşılığını alarsan. İşinə zaman xərcləsən işindən, yoldaşına zaman

xərcləsən yoldaşından, uşağına zaman ayırsan da ondan qarşılığını alarsan...



Edə bilirsənsə gözyaşlarını tutmamağını öyrət, acı çəkmədən yetkinləşə bilməyəcəyi

ni... Qısqanmamağı öyrət ona, yoldaşının müvəffəqiyyətindən xoşbəxt olmağı, birlikdə

sevincləri paylaşmağı, içindən "niyə mən deyil, O?" demədən...



Qazanmaqdan xoşbəxt olub içində həzm etməyi, amma eyni zamanda itirməyi

öyrənməyi. Çünki bir addım sonrasında, görünüşcə qalib olanları göstərəcək həyat

ona. Hər şeyin bir sonu olduğunu öyrət. Sahib olduğu bütün dəyərlərin, bir gün

kef verməyə biləcəyini, qazanılan və xərclənənin bir sonu olduğunu, gedilən

yerlərin zamanla bezginlik verə biləcəyini, hər şeyi istehlak edə biləcəyini,

istehlak edə bilməyəcəyi tək şeyin bilik olduğunu öyrət. Kitablardan kef almasını, dərs oxumaq istəmirsə məcbur edilməməsini , amma oxumağı sevməsini öyrət ona. Əlbət ki tez ya gec alacaqsan bilirəm, amma mümkün olduğu qədər gec al ona kompüteri. Ona, özü ilə qalacağı sakit zamanlar ver, sıxılmağı öyrət ona, sıxılıb özünü istiqamətləndirməyi tapmağını...





Təbiətə apar onu, heyvanlardan qorxmaması lazım olduğunu öyrət. Arıların bizi çalmağından çox, necə bal etdiyini izah et. Təbiətin öz içindəki sirrini tapmasına köməkçi ol, yağışdan sonrakı torpaq qoxusundan kef almağı öyrət...

Şərtlər çox çətin olsa da yalan danışmamağı lazım olduğunu öyrət ona...



Eşq ağrısı çəkməyin, heç aşiq olmamaqdan daha gözəl bir duyğu olduğunu öyrət. Öz

doğruları üzərindən kimsənin onu mühakimə etməsinə icazə verməməsi lazım olduğunu öyrət,

başqalarını da öz doğruları üzərindən mühakimə etməməyi... 

Bunun başqalarını dinləməmək olduğunu deyil, deyilənləri öz ələyindən keçirməsi lazım olduğunu

öyrət. Öz fikirlərinə inanmağın gözəlliklərini izah et...



Həyatı sorğulamağı öyrət ona... Biliyin ən böyük güc olduğunu öyrət. Edə bilsə

bunu ən böyük qiymətə satmağını, amma ürəyini və ruhunu özünə saxlamağı

lazım olduğunu öyrət. Haqlı olduğu mövzuda sonuna qədər dirəşməyi öyrət və

haqlıykən dik dayanmağını...



Günün birində etdikləri deyil, etmədikləri üçün peşman ola biləcəyini öyrət.

Sadə yaşamağı lazım olduğunu öyrət ona... 

"İstəmirəm", "xeyr" deməyi öyrət ona, istədiyində isə "istəyirəm" deməyi, Sevdiyində isə

"səni sevirəm" deyə bilməyi öyrət ona...



Sorğusuz sevməyi... Əl yazısı ilə qeydlər yazmağı... Sözü fırlatmamağı...

Musiqini sevməyi, idmanla barışıq yaşamağını, İşlərin heç bir zaman bitmədiyini de ona, ən sıx

zamanda belə özünə vaxt ayırması lazım olduğunu öyrət... Amma ən çox da özünü

sevməyini öyrət... Özünü sevmərsə, heçkimin onu sevməyəcəyini...



İslamın gözəlliklərini izah et ona. Bu dünyanın müvəqqəti, o dünyanın əbədi olduğun izah et. ALLAH sevgisinin ən gözəl sevgi olduğunu bilsin. İbadətə daha çox vaxt ayırması lazım olduğunu izah et. Quranı oxuyub, ona əməl etsə, ALLAHın sevimli bir qulu olacağını izah et...

ALLAHın, İbadətə laiq olan Məbud olduğunu dərk edib, onun üçün ibadət etsin..








скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!