İbrətamiz hekayə

İbrətamiz hekayə
Qadın və Din
10.09.2017 7
Adamın biri hər zamankı kimi saçını kəsdirmək üçün bərbərə getdi. Onunla maraqlanan bərbərlə gözəl bir söhbətə başladılar. Dəyişik mövzular haqqında danışdılar. Birdən ALLAHla əlaqədar mövzu açıldı...

-Bərbər: " Mən sənin söylədiyin kimi ALLAHın varlığına inanmıram."

-Adam: " Yaxşı bəs niyə belə düşünürsən?"
-Bərbər: " Bunu başa salmaq çox asandı. Bunu görmək üçün çölə çıx, ətrafa bax.. Mənə söylə, əgər ALLAH olsaydı, bu qədər çox xəstə insan olardımı, tərkedilmiş uşaqlar olardımı?!.. ALLAH olsaydı, heç kəs əziyyət çəkməzdi. ALLAH olsaydı, bunlar olmazdı..." 
Adam bir an dayandı və düşündü, amma gərəksiz bir mövzuya girmək istəmədiyi üçün cavab vermədi. Saçını kəsdirdikdən sonra çıxdı. Tam o anda küçədə uzun saçlı bir adam gördü. Adam o qədər pinti görünürdü, saçı-saqqalı uzanmışdı. Adam bərbər dükanına geri gəldi.
- Adam: " Bilirsənmi nə var, məncə bərbər deyə bir şey yoxdu."
-Bərbər: " Bu necə ola bilər ki? Mən buradayam, bərbərəm."
-Adam: " Yox, yoxdu, çünki olsaydı, küçədə gedən saçlı və saqqallı adamlar olmazdı."
- Bərbər: "Hmmm... Bərbər deyə bir şey var, amma onlar mənə gəlmirlərsə, mən nə edə bilərəm ki?!.."
-Adam: "Çox dogrudu! Məsələ də burdadı! ALLAH insanlar ona getmirsə, o nə edə bilər ki? Bax dünyada acı və kədər olmasanın səbəbi də budur!"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!