"Bəlkə Yemək Verərlər"

Qadın və Din
10.09.2017 14
 
Vaxtilə bir atəşpərəst, oğulunu evləndirməkdədir. Toy günü çoxlu qoyun və inək kəsilər. Ət qoxuları məhəlləni bürüyür. Ancaq evin bitişiyində, Müsəlman, dul bir qadın, dörd yetimiylə yaşamaqdadır. Hamısı da günlərdir acdılar. Qadın, toy evinin qapısını döyüb, 'atəş' istər. Ancaq məqsədi başqadır.
"Bəlkə yemək verərlər" deyə getmişdir. Adam, qadının niyyətini anlasa da, bir şey verməz. Qadın, bir daha gedib 'atəş' istər. Yenə əli boş dönər.
Üçüncüdə yenə elə. Amma bu dəfə atəşpərəst acıyar qadına lakin hiss etdirməz. Hallarını anlamaq üçün dəhlizə enər və söykəyər qulağını bitişik evin divarına və dinlər.
Yetimcik, anasına yalvarır:
- Anacığım, nə olar bir daha get. Bəlkə bu səfər bir şey verərlər.
Qadın ağlamaqlıdır:
- Üç dəfə getdim balam! Artıq utanıram.
Adam bunu eşidər. Ürəyi sızlayar. gözəl bir Süfrə hazırladıb, göndərər evlərinə. Və dəhlizə enib, dinlər yenə. Yetimlərin ən kiçiyi dua edir:
- Ya Rəbbi! O necə bizə ikram etdisə, sən də ona ikram et! Onu imanla şərəfləndir!
Ardından;
- Amiiiin! səsləri yüksələr.
O anda, ürəyi dönər atəşpərəstin. Və Şahidliyi gətirib imanla şərəflənər. Necə ki Sədəqə, bəlanı önləyər. Amma dua, qədəri dəyişdirər! Buyurmuşdur böyüklərimiz.




[b][/b]

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!