+++++++++++++++Niyyət Əmələ Bərabərdir?

+++++++++++++++Niyyət Əmələ Bərabərdir?
Qadın və Din
10.09.2017 17
 Birisi quzu oğurlamaq fikrinə düşdü. Gecə yarısı tövləyə getdi. Amma qapı qıfıllı idi. Qıfılı nə qədər qurdalasa da, qapını aça bilmədi. Divarı yoxlamağa başladı. Tövlənin o tərəf-bu tərəfinə hərləndi. Nəhayət, bir deşik tapdı. "Yaxşı deşikdi” düşündü. Bəlkə, quzunu burdan çıxarım? Qıfılı qırmağa ehtiyac qalmaz...". Əlini deşiyə soxdu, quzunun ayağından yapışıb dartdı. Bəlli oldu ki, quzu yekədir, onu deşikdən çıxara bilmədi.

- Cəhənnəm olsun – deyib əliboş evə qayıtdı.

Bir müddət keçdi. O, peşman olun kilsəyə getdi ki, günahlarındam tövbə etsin.

- Keşiş ata, mən quzu oğurlamağa cəhd elədim. Amma oğurlamadım. İndi tövbə etməyə gəlmişəm. Bu, böyük günahdır?

- Mənim balam, oğurlamaq və ya oğurlamaq istəmək hər ikisi eyni dərəcədə böyük günahdır. Bir hərəkəti etmək niyyəti onun edilməsinə bərabərdir.

- İndi nə edim?

- Günahını yumaq üçün kilsəyə beş frank ianə ödə və mən sənin günahlarının bağışlanması üçün dua edim.

İanə məbləği oğruya az görünmədi və o, beş frank çıxarıb qutuya doğru getdi. Amma nə qədər çalışdısa, pul qutunun deşiyindən keçmədi.

Keşiş dedi:

- Oğlum, əgər pul ordan keçmirsə, qutunun qapısını aç.

- Yox, cənab keşiş, belə doğru olmaz. Tövlənin qapısı açılsa idi, quzu mənim olardı. Bunu kimsə etmədi. Bir də ki, mən pulu qutuya salmağa cəhd elədim. Demədiniz ki, niyyət əmələ bərabərdir? Hesab edin ki, pulu vermişəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!