Hisslərin mübahisəsi

Hisslərin mübahisəsi
Qadın və Din
10.09.2017 9

Bir gün hislər mübahisə etməyə başlayırlar: Kim güclüdür?- Mən güclüyəm - deyə Nifrət sözə başladı - mən insanı hər şeyə sövq edə bilərəm. Mənim sayəmdə Xəyanət və Acıq yaranıb.

Qısqanclıq dedi: Xeyr, mən güclüyəm. Düzdür, mənim sayəmdə heç bir hiss yaranmayıb,amma mən insanı cinayətə sürükləyə bilərəm.

- Siz nə danışırsınız? - deyə Tənhalıq acıqlandı - Cinayət nədir? Mən insanı intihara məcbur edə bilərəm, deməli mən ən güclüyəm.

Bu zaman Xeyirxahlıq söhbətə qoşuldu: - Siz niyə belə pis, ağır şeylər danışırsınız? Mən ən güclünüzəm, çünki mən həyatda gözəlliklər yaratmağa kömək edirəm.

Nifrət gülərək onun sözünü kəsdi: - Bunlar boş şeylərdir. Əgər hamı bir-birinə nifrət etməyə başlasa sənin yaratdığın bu gözəllik kimə lazım olacaq?

- Mübahisə etməyin - Sevgi dedi: - Güclü mənəm. Mən yaxşı insanı pis, pisi isə yaxşı edə bilərəm. Mən bütün maneələri dəf edərək hamını öz arxamca apara bilərəm.

- Axı indiki zamanda sevgiyə qiymət verən yoxdur - Xəyanət dedi.

- Hə,hə. Sən artıq öz yerini çoxdaaan itirmisən - deyə Şübhə Xəyanətin sözlərini təsdiqlədi.

- Deməli hamımız eyniyik?

- Xeyr - deyə Ağıl cavab verdi:- Bir hiss var ki, heç vaxt öz gücü ilə öyünmür,ancaq hamınızdan alidir. O Xəyanətin və Acığın qarşısını ala bilər, Nifrətdən qorxmur. O hər birinizdən güclüdür, çünki qorxu nədir bilmir.

Bütün hislər qışqırmağa başladı: - Bu ola bilməz,belə hiss yoxdu.əgər varsa onda o hardadı?

- Onun indi sizlərlə mübahisəyə vaxtı yoxdu. O indi keşik çəkir, qoruyur, vaxtını boş yerə sərf etmir. O daim Xoşbəxtliyin və Sakitliyin keşiyindədi…



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!