Peyğəmbərlərimiz...

Peyğəmbərlərimiz...
Qadın və Din
10.09.2017 12
Ey Allahın rəsulu, bizə peyğəmbərlər haqqında danışın. Deyin görək dünyaya neçə Peyğəmbər gəlib və onların neçəsi mürsəldir, neçəsi nəbidir ? Daha sonra deyiniz görək onların neçəsinin kitabı və əl yazması bizə gəlib çatıb ?

- Allah yer üzünə 124 min Peyğəmbər göndərib. Onlardan 313 –ü mürsəldir, yəni Allahın rəsulu, elçiləridir. Yerdə qalanlar isə nəbilərdir, yəni xəbər verənlərdir.

O peyğəmbərləri Allahın rəsulu, elçisi adlandırmaq olar ki, Cəbrail (Allah ondan razı olsun) onlarla söhbət etmiş, onlara peyğəmbərlik verilməsi xəbərini gətirmişdir. Mənimlə birlikdə belə peyğəmbərlər 313 nəfərdir. Deyilmiş 313 nəfərin 28-i o peyğəmbərlərdir ki, Allah Təala müqəddəs kitabda – Quranda onların adlarını çəkir. Bu elçilərdən 28-cisi Quranda deyildiyi kimi, axirzəman peyğəmbər mənəm.

Quranda adları çəkilən 28 peyğəmbərdən 7-nə kitab və lülə halında bükülmüş kağız, yəni risalə nazil olub. Bunlardan 1-cisi Şis peyğəmbərdir, 2-cisi İdris peyğəmbər, 3-cüsü İbrahim peyğəmbər, 4-cüsü Musa peyğəmbər, 5-cisi Davud peyğəmbər, 6-cısı İsa peyğəmbər, 7-cisi mənəm, axirzəman peyğəmbər.

Göydən 4 kitab və 100 risalə nazil olub. Risalələrdən 50-si Şis peyğəmbərə, 30-u İdris peyğəmbərə, 20-si İbrahim peyğəmbərə, göndərilib. Kitablara gəldikdə onlardan – Tövrat Musa peyğəmbərə, Zəbur Davud peyğəmbərə, İncil İsa peyğəmbərə, müqəddəs Quran isə mən Məhəmməd peyğəmbərə göndərilib. Dediyim bu kitabların 4-ü də Ramazan ayında nazil olub. Tövrat Ramazan ayının 1-də, Zəbur 7-də, İncil 13-də, Quran isə 27-də göndərilib.



Ölüb sonra dirilən peyğəmbərlər 4 nəfərdir.

Yunis, İdris, Asif, Cərcis.

5 nəfər peyğəmbər vardır ki, göylərə merac etmişdir.

Adəm, Musa, İdris, İsa, mən Məhəmməd Peyğəmbər.

Hazırda 4 peyğəmbər sağdır. İkisi göydədir, ikisi yerdə. Göydə olan Peyğəmbərlər İdris və İsadır. Yerdə olan Peyğəmbərlərdən biri Xızır, biri isə İlyas Peyğəmbərdir.

4 dəfə ölüb sonra dirilən Peyğəmbər Cərcis Peyğəmbərdir.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!