"Salam"

Qadın və Din
10.09.2017 9

 Rəsulu-Əkrəm(s.a.a) in yoldaşı Aişə, Rəsulu Əkrəm(s.a.a) in hüzurunda oturmuşdu ki,
Yəhudi bir adam içəri girdi. Girdiyi anda Salamun əleykum yerinə
- Əssəmi əleykum - yəni, ölüm üzərinizə olsun-dedi.
Uzun sürmədi, başqa biri daha gəldi. O da salam yerinə
- Ölüm üzərinizə olsun - dedi.
Bunun təsadüf olmadığı məlum idi. Rəsulu Əkrəm (s.a.a)-i dillə incitmək üçün edilən bir plan idi.
Aişə çox hirsləndi, və
- Ölüm sizin üzərinizə olsun...- deyə qışqırdı.
Rəsulu Əkrəm (s.a.a) buyurdu:
- Ey Aişə küfr etmə.
Yumşaqlıq və səbirli olmaq, hər nəyin üzərində olsa, onu gözəlləşdirər. Nə üçün əsəbiləşib hirsləndin?
Aişə:
- Görmürsənmi ya Rəsulullahım, bunlar həyasızlıq edərək, utanmadan salam yerinə nə deyirlər?
 - Bəli, görürəm onun üçün məndə, "Əleykum", yəni sizin üzərinizə olsun - deyə cavab verdim, bu qədəri kafi idi...
 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!