+++++++++++Niyyətin Əhəmiyyəti.

+++++++++++Niyyətin Əhəmiyyəti.
Qadın və Din
10.09.2017 11
İmam-ı Rəbbani həzrətləri buyurdu:

"Yemək yeməkdən məqsəd, nəfsi nasibləndirmək olmamalı, əksinə, ibadətə güc və qüvvət əldə etmək üçün olmalıdır. Başlanğıcda bu niyyətə müvəffəq olmaq asan olmasa belə, özünü buna məcbur etmək, bu niyyətin ələ keçməsi üçün dua etmək, Allahu Təalaya yalvarmaq lazımdır."

Geyimlər geyməkdə niyyət, ibadət və namaz qılmaq üçün zinətlənmək olmalıdır. Çünki Quran-ı Kərimdə:

"Ey Adəmoğlu! Hər məscid yanında ziynətinizi tutun (yəni gərək təvaf və gərək namaz halında paltarınızı üzərinizə götürün, ən gözəl hal və hey'ətdə olun)..." (Əraf surəsi, ayə 31)buyurulmuşdur. Gözəl paltarlar geyməkdən məqsəd, insanlara nümayiş olmamalıdır. Çünki bunlar mane olunmuşdur; qadağan edilmişdir.

Bütün hal və hərəkətlərdə, Allahu Təalanın rizasını gözləməyə və İslam dininin icablarıyla bədəni və ürəyi ilə əməl etməyə cəhd etmək lazımdır. İşdə belə edildiyi təqdirdə insan zahiriylə (bədəniylə)və Qəlbi ilə (ürəyiylə), Allahu Təalaya yönəlmiş, Allahu Təalanı zikr etmiş olar.

Məsələn bir qul, başından sonuna qədər tamamilə qəflət olan yuxunu, ibadətlərini edərkən tənbəllikdən xilas olmaq, ibadətlərini daha oyanıq olaraq əda etmək niyyətiylə yatsa, bu yuxu eynilə bir ibadətdir. Bu şəkildə yuxuya davam etdiyi müddətcə də o kimsə sanki ibadətdə kimidir. Çünki o kimsənin niyyəti, ibadətləri daha yaxşı əda etməkdir. Hədisi-şərifdə;

"Alimlərin yuxusu, ibadətdir." buyurulmuşdur... (İmam-ı Rəbbani, Məktubat 3/17)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!