"Gəlincik" Hekayəsi.

Qadın və Din
10.09.2017 11
Orta məktəbdə oxuyan vaxtLarımızda qızLar 23 fevraLda sinifdə bir oğLan seçib ona hədiyyə qoyurduLar. Kitab, odekalon, köynək və nəsə başqa şeyLər.Vaxtı-vədəsi yetişəndə biz oğLanLar da qızLara hədiyyənin əvəzini qaytarar, üstəLik süni gül də əLavə edərdik. BeLə vaxtLarda hərə öz yorğanına görə ayağını uzatsa da, qızLar say etibarı iLə oğlanLardan çox olduğundan,bəzən iki qız bir oğLanı arasında şərikli edərdi. Eyni zamanda varlılar və ortabablar özLərinə mağaza müdiri, müəLLim, briqadir balasını götürərdi. Hər kişiLər bayramı - 23 fevraLda bizim sinifdə bir kasıb, yetim qız dərsə gəlməzdi, aiLəLərinin imkanı yox idi hədiyyə aLmağa, amma 7 martda dərsdən sonra qızLara veriLən hədiyyəLərə eLə baxardı ki, sanki ona bağışlamışdılar. Ağlım kəsəndən bunu anlamışdım və 7-ci sinifdə iki qız üçün hədiyyəLər aLan zaman bacılarımdan xahiş etdim ki, o kasıb sinif yoLdaşıma bağışlamağım üçün bir əLavə gəlincik götürsünlər. Həmin günü - 7 martda sevinə-sevinə qızların hədiyyə borcunu verəndən sonra kasıb qıza dedim məni dərsdən sonra gözLəsin. Yuxarı mərtəbəyə qalxdıq, yarı qaranlıq dəhlizdə ona dedim:

- Gözlərini yum.

Sonra paltarımın altında gizlətdiyim balaca gəlinciyi çıxarıb onun açılan ovuclarına tərəf apardım. Qız gözLərini açan kimi sevincək çığırdım:

- Bayramın mübarək olsun..!

Qız tutuLub qaldı, sonra gəlinciyi sinəsinə sıxdı, gözLərindən yaş gilələnirdi:

- Bax, nə istidir.

ƏLimi gəlinciyə vurdum, bayaqdan məktəbin həyətini fırlanıb qaça-qaça gəldiyimdən və səhərdən sinəmdə gizlətdiyimdən o ucuz sovet gəlinciyinə qəlbimin hərarəti, bəlkə də sevgimin istiliyi keçmişdi sanki. Qızcığaz qəfil hədiyyədən mi, ya da bilmirəm nədən idi, eLə hey göz yaşları axıdırdı. Tez yaş yanağından bir öpüş alıb qaçdım, indiyənəcən də qulaqlarımda onun cingiltili səsi gəlir:

- Dəli haaa. Hara qaçdın.?

Demə öz taleyimdən qaçırmışam. Sonra zəmanə dəyişdi, o qızın qardaşları Rusiyada böyük biznes elədiLər, qızın ailəsi kəndimizdən köçüb getdi, 11-ci sinifdə oxuyanda kişilər bayramıma evimizə az qaLa böyük bir xonça göndərdi o qız.

P.S. Bu yaxınLarda, 25 iLdən sonra o qızın evində qonaq olanda, mülkün ən yaraşıqlı yerində bahalı hədiyyələrin içində o gəlinciyi gördüm, əlimə götürdüm, az qaLa barmaqlarım yanaydı, arxaya baxdım, hər ikimizin gözləri yaşarmışdı. Ruhumun qulaqlarına bu səs gəLdi.

- Dəli haa. Hara qaçdın.?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!