++++++++++++++++++++Yaxşılıq...

++++++++++++++++++++Yaxşılıq...
Qadın və Din
10.09.2017 24
Təzə çörək almaq üçün intimə yaxınlaşdım.
Rəflərdə çörək yox idi. Satıcı:
— Beş dəqiqə gözləyin. Təzə çörəkləri sobadan çıxaracağam, — dedi.
Gözləmək üçün stula əyləşdim. Bu vaxt içəri yaşlı, bir az axsayan bir adam girdi. Satıcıya yaxınlaşıb:
— Mənim çörəklərimi ver, dedi və əlindəki torbanı satıcıya uzatdı.
Satıcı da bir söz deməyib, piştaxtanın altından üç-dörd çörək çıxarıb, torbaya qoydu. Çörəklərin dünəndən qaldığı, bəzilərinin yandığı və kələ-kötür olduğunu gördüm. Yaşlı adam niyə belə çörəkləri almalı idi ki? O adama marağım artdı. Diqqətlə onu süzməyə başladım. Nimdaş pencəyinin yaxasında bir medal vardı. Oturduğum stuldan qalxdım və yerimi ona verdim. Yavaşca satıcıya yaxınlaşdım:
— Niyə bu adama köhnə çörəkləri verirsən. Axı beş dəqiqəyə təzə çörəklər çıxacaq.
— Bu adam Qarabağ qazisidir. Bir neçə il əvvəl qardaşı və onun yoldaşı avtomobil qəzasında vəfat ediblər. Onların uşaqlarını da özü saxlayır, həm də çox az bir məvaciblə. Köhnə çörəkləri ona yarı qiymətinə satıram. Hər gün səhər gəlib, dünəndən qalan çörəkləri məndən alır.
Çox kövrəlmişdim. Satıcıya dedim:
— Pulun qalanını mən verərəm, qoy bu gün onun evində təzə çörək yeyilsin.
Bu niyyətimi həmin adama da açıqladım. Razılaşdı. Ancaq gözləri yaşla doldu:
— Allah səndən razı olsun. Sayəndə evdəki uşaqlar uzun fasilədən sonra təzə çörək yeyəcəklər. Haradan bildin ki, bu gün mənim qardaşımın balalarının doğum günüdür...?
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!