Günahkar Ağzından Çıxan Dua !

Günahkar Ağzından Çıxan Dua !
Qadın və Din
10.09.2017 19
Bir Karvanda olan insanlar, Əbul-Həsən Harkânî həzrətlərinin hüzuruna gəlib,
-Yollar dəhşətlidir.Bizə bir dua öyrədin, deyə xahiş edincə, buyurdu ki:
- O zaman, Əbül-Həsəni xatırlayın!
Bu söz, gələnlərin xoşlarına gəlmədi. Yolda bir oğru, önlərinə çıxdı. Hamısının mal və əşyalarını aldı. Tək, Əbul-Həsən-ı Harkânî həzrətlərini xatırlayan bir kimsənin malına zərər gəlmədi. Bu hala yoldaşları çaşıb, səbəbini soruşduqda,
-Əbul-Həsən-ı Harkânî'yi xatırladım və xilas oldum, cavabını aldılar.
Gəlib vəziyyəti Əbul-Həsən həzrətlərinə izah etdilər.
-Biz Allahdan kömək istədik, quldurlar bizi soydu. Lakin səni xatırlayıb, səndən kömək istəyən bu yoldaş xilas oldu. Bunun hikməti nədir? deyə soruşdular.
-O yoldaşınızı qurtaran, Allahu təaladır. Günahkar ağzından çıxan duanı Allah-Təala qəbul etməz. Bunun üçün siz Allaha yalvardığınız zaman duanız qəbul olmadı. Bu yoldaşınız məni xatırlayıb imdad istədikdə, mən də Rəbbimə dua etdim; "Ya Rəbbi! Bu qulunu içində olduğu bəladan qurtar." dedim. Rəbbim mənim duamı qəbul etdiyi üçün, o yoldaşınız xilas oldu. Məsələ bundan ibarətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!