"Yuxu"

Qadın və Din
10.09.2017 36
Gənc qadın körpəsinin gözəlliyi qarşısında donub qalmışdı. Qıvrım sarı saçları, iri mavi gözləri, dik burnu və balaca qırmızı dodaqları ilə sanki canlı bir tablonu xatırladırdı. Bu, qadının, bəlkə də, indiyə qədər gördüyü ən şirin qız idi. Onun ipək yanaqlarından doyunca öpmək və qoxusunu ciyərlərinə çəkmək üçün əyiləndə:
- Toxunma mənə, - deyə bir səs eşitdi, - sənin məni öpməyə haqqın yoxdur...
Qadın qorxu ilə ətrafa baxdı. Otaqda körpə ilə ondan başqa heç kim yox idi. Eyni səsi yenidən eşidəndə qeyri-ixtiyari körpəyə baxdı. Aman Allah! Yenicə doğulmuş kimi görünsə də, danışan o idi...
- Mənə yaxınlaşma, - deyə körpə davam etdi, - məndən uzaqlaş...
Bir azdan qadın özünü topladı və:
- Uşaqlarımız həmişə oğlan olur. Onlar da gözəldirlər, ancaq qızlar başqadır. Ona görə səni öpmək istədim, - dedi.
- Məni öpə bilməzsən, - deyə körpə ağlamağa başladı, - elə mən də səni...
- Niyə? - deyə qadın soruşdu, - niyə öpə bilməzsən?..
Körpə hıçqıra-hıçqıra davam etdi:
- Bunun səbəbini sən də bilirsən. Bir az fikirləşsən, taparsan...
Qadın nə baş verdiyini xatırlamaq istəyirdi ki, gözlərini açdı. Məşhur bir xəstəxananın "məşhur” bir otağında idi. Narkozun təsiri hələ tam keçmədiyi üçün ürəyi bulanırdı. Bir az aralıda isə ailə dostları olan həkim dayanmışdı. Həkim otağın hər tərəfini dolduran çiçəklərdən birini götürüb qadına uzatdı və:
- Təbrik edirəm, xanım! Çox uğurlu bir abort idi. Hə, yeri gəlmişkən, abort etdirdiyiniz uşaq qız imiş, - dedi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!