Ölümdən Sonraki Kaşkilər.

Ölümdən Sonraki Kaşkilər.
Qadın və Din
10.09.2017 30
İnsanların ölüm döşəyindəykən ən çox dostları və əlindən çıxanlar üçün peşman olduğu bildirilir. Bronnie Vare, «The Top Five Regrets of the Dying — A Life Transformed by the Dearly Departing» adlı kitabında ölüm yatağında insanların ən çox peşman olduğu şeyin digər insanlarla əlaqələrindəki səhlənkarlıq olduğunu bildirib.

İnsanlar ölümlə üz-üzə gəldikdə çox əhəmiyyətli dəyişikliklər keçirir. Vare, xəstələrinin ölümlə üzləşdiyi zaman inkar, qorxu, hirs, peşmançılıq və.s mərhələlərdən keçdiyini söyləyib.

Xəstələrindən ən çox nə üçün peşman olduqlarını soruşan Vare, aldığı cavabları beş başlıq altında cəmləşdirib:

1. «Kaş ki başqalarının məndən gözlədiyi həyatı davam etdirmək əvəzinə xəyallarımı gerçəkləşdirmək cəsarətim olaydı.»
Müəllif bildirir ki, insanların əksəriyyəti ömürlərinin son anında geri qayıtmayacaqlarını anlayırlar. Arzuladıqları işlərin çox böyük bir qisimini həyata keçirmədikləri üçün peşman olurlar.

2. «Kaş bu qədər çox işləməyəydim.»
Vare qeyd edir ki, kişi xəstələrin böyük əksəriyyəti işlərinə görə ailələrinə və dostlarına kifayət qədər vaxt ayıra bilmədikləri üçün peşman olurlar. Kişi xəstələrin böyük bir qismi əgər həyata qayıtmaq şansları olsa, geri qayıdıb uşaqları daha çox vaxt keçirmək istərdilər.

3. «Kaş ki duyğularımı dilə gətirməyə cəsarətim olaydı.»
İnsanlar bəzən digərləri ilə əlaqələrini müəyyən bir səviyyədə saxlamaq üçün duyğularını gizlətdiyini deyən Vare, gizlədilən duyğuların insan sağlamlığına son dərəcə mənfi təsir qoyduğunu bildirib.

4. «Kaş ki dostlarımla əlaqəmi davam etdirəydim.»
Müəllif qeyd edir ki, insanlar ölüm yatağında ən çox keçmiş dostları üçün darıxırlar.

5. «Kaş ki özümə daha çox xoşbəxt olmaq üçün icazə verəydim.»
Vare, ölüm yatağındakı xəstələrinin «Kaş ki daha çox güləydim, kaş ki axmaq işlər görməyəydim» deyərək peşmanlıqlarını dilə gətirdiyini sözlərinə əlavə edib...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!