+++++++++++++Peyğəmbərin Allahın möcüzəsi sayəsində kafirlərdən xilası

+++++++++++++Peyğəmbərin Allahın möcüzəsi sayəsində kafirlərdən xilası
Qadın və Din
10.09.2017 15
 
Birinci möcüzə.
Peyğəmbərin yaşadığı zamanda Qureyş əhalisi onu öldürməyi beyinlərinə qoymuşdular. Elə bil ki, peyğəmbəri öldürmək onların ən böyük arzusu idi. Ərəblərdə bir adamı öz evində öldürmək murdarlığın, qorxaqlığın ən pisi sayıldığı üçün peyğəmbərin evdən çıxmağını gözləyirdilər. Hicrət (Peyğəmbərimizin Məkkədən Mədinəyə köç etməsi) axşamı kafirlər evi əhatəyə aldılar. Hz.peyğəmbər gözəl bir üsul işlədir.Hz.Əli (ə.) peyğəmbərin yatağına uzanır, onun yaşıl yorğanını üstünə örtür. Peyğəmbər evdən çıxır.Onun evdən çıxmasını gözləyən kafirlər, baxırlar, amma peyğəmbər onların önündən çoxdan keçib getmişdi. Allah kafirlərin gözünü bağlamışdı. Onlar kor kimi qarşılarından ötüb keçən insanı-peyğəmbəri görmədilər.
Bu möcüzə deyilmi?
İkinci möcüzə.
Hz.peyğəmbərlə can dostu Əbu Bəkr Sevr dağına gedib onun təpəsindəki mağarada gizləndilər. Mağarada 3 gün qaldılar.Kafirlər əllərindəki adamı qaçırmamaq üçün hər tərəfi alt-üst edərək axtarırdılar. Həzrəti tapana 100 dəvə bəxşiş vəd etdilər. Kafirlər bir ara peyğəmbərin gizləndiyi mağaranın kənarına gəlirlər. Hər yeri axtardıqları halda, mağaraya kimi gəlirlər amma içəri girmirlər. Bilirsiniz niyə? Peyğəmbər mağaraya girdiyi gün Allahın əmriylə göyərçin mağaranın ağzında yuva salır, yumurta qoyur. Hörümçək də mağaranın qapısı ağzında tor qurur.Bunları görən kafirlər "Bura adam girənə oxşamır" deyir və geri qayıdırlar. İçəri girib yoxlamağı axmaqlıq hesab edirlər.
Onları saxlayan məchul bir əl vardı.Allah istədiyini saxlayar.
Bunlar möcüzə deyilsə, bəs nədir?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!