Imamı necə tanımaq olar?

Imamı necə tanımaq olar?
Qadın və Din
10.09.2017 32
 Əhməd
ibn Məhran Əbu Bəsirdən rəvayət olunur: ”İmam Kazım (ə)-dan soruşdum ki, sənə
qurban olum,imamı necə tanımaq olar? Həzrət dedi:
 
-Birincisi, gərək
qabaqkı imam onun imamlığını bəyan etsin. İkincisi, qeybi və sabah nələrin
olacağından xəbər versin. Üçüncüsü, hər bir insanla onun dilində danışsın. Ey  Əbu Muhəəməd, nə qədər ki, buradasan, bir nişanə
sənə göstərim!
 
Az
keçmədi ki, bir Xorasanlı kişi içəri daxil oldu. Həzrətlə ərəbcə danışdı. Amma
imam ona farsca cavab verdi. O şəxs İmama dedi:
 
-Siz ərəb
olduğunuza görə mən sizinlə ərəb dilində danışdım, amma bilmədim ki, siz fars
dilini biz fars dillilərdən daha yaxşı bilirsiz!
 
Həzrət
dedi:
 
-Subhanəllah! Əgər
mən sənin cavabını sənin öz dilində verə bilməyəcəmsə, necə imamlıq mənsəbinə mən
səndən daha layiq ola bilərəm?!
 
Sonra
dedi:” Əbu muhəmmə, İmam o şəxsdir ki, yer kürəsinin bütün xalqlarının, quşlarının
və hər bir canlının dilini bilsin.”
 

 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!