+++++++++Hər duası qəbul edilən uşaq

+++++++++Hər duası qəbul edilən uşaq
Qadın və Din
10.09.2017 6
Peyğəmbərimizin daha kiçik yaşlardaykən etdiyi dualar belə Allah tərəfindən qəbul edilirdi.

Bu dualardan biri də "yağış duası” idi.


Cürhüme adlı biri bu hadisəyə şahid olduğu üçün, daha sonrakı illərdə bunu belə izah etdi:

"O zamanlar Məkkənin xaricində yaşamaqdaydım. Əvvəl dəhşətli bir quraqlıq görüldü. Əkinlərlə birlikdə tərəvəzlər də qurudu. Buna görə də qıtlıq ortaya çıxdı. İnsanlar aclıq içində qıvrılarlarkən, heyvanlar da ot tapa bilməyib ölməyə başladı.

Məkkə xalqından bir qisimi, yağış yağdırması üçün Lat və Uzza adıyla bilinən bütlərdən, bir qisimi də Menatdan kömək istəyirdi.

O günlərdə yolum Məkkəyə düşdü. İnsanlar bütlərə yalvarıb dayanarlarkən, bir qoca yüksək bir səslə qışqıraraq:

‘Ey İnsanlar! Aranızda Hz. İbrahimin soyundan gələn bir adam (Əbu Talib) varkən, başqa bir şeyə müraciət etmək gərəksiz’ dedi.

Bunun üzərinə (Peyğəmbərimizin əmisi) Əbu Talibə gedərək yağış duası etməsini istədilər.

Əbu Talib bu təklifə "xeyr” demədi və vaxt keçirmədən Kəbəyə gəldi. Yanında da kiçik bir uşaq vardı. O uşağın əlindən tuturdu. Uşağa diqqət yetirdim, yüzü sanki günəş kimi parıldayırdı.

Əbu Talib, Kəbə divarına söykənib dua etməyə başladı.

Mən ondan çox uşağa baxırdım.

O kiçik uşaq (peyğəmbərimiz) barmağıyla səmanı işarə etdi.

O sırada heç bir bulud görünmürdü. Hava açıq idi. Bir az sonra tək bir bulud ortaya çıxdı, hər tərəfə yayıldı. Sanki bir sel axar kimi yağış başladı.”

Əmisi Əbu Talib, o uşağın qiymətini çox yaxşı anlamışdı. Buna görə də onu bağrına basdı. Və son nəfəsinə qədər, o uca Peyğəmbərə qanad gərdi.

Peyğəmbərimiz, daha sonrakı illərdə bir çox yağış duaları edərdi. Və bu duaları, əllərini endirmədən əvvəl qəbul edildirdi.

Uca Rəbbimiz, o qiymətli Rəsulunun heç bir duasını geri çevirməmişdi.

O Rəsulun (peyğəmbərin) ən böyük duası da, bütün insanların Allahı tanıması və beləliklə Cənnətə getməsi idi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!