++++++++++Faiz dində nəyə görə haramdır?

++++++++++Faiz dində nəyə görə haramdır?
Qadın və Din
10.09.2017 29
 

 Şübhə yox ki Cənabi Haqqın haram buyuruğu hər şeydə bizim üçün zərərlər vardır. Bu zərərlərdən qorunmağımız, Allahın qadağan etdiyi şeylərdən uzaq olmaqla mümkündür. Faizdə , belə zərərləri olan bir qadağadır. Bunlardan bəziləri bunlardır:



1. Faiz, qarşılığı olmayan bir qazancdır. Verilən yüz gr qızıla əvəz alınan yüzon grda on gr qarşılıqsız alınmış deməkdir. Ammaki insanların malları, canları kimi toxunulmazdır. Başqasına aid olan bir malı qarşılıqsız almağın izahı yoxdur.



2. Faiz qiymətləri artırar. Faizli kredit istifadə edənlər faizi də maliyətə əlavə etdikləri üçün qiymətlərin artmasına və şəxsin yaşam darlığı çəkməsinə səbəb olar.



3. Faiz insanları işləyib qazanmaq ilə məşğul olmaqdan uzaqlaşdırar. Çünki əllərində olan pulu faizə vermək surətiylə artırıb geçinən kimsələr ticarət və sənədlə yorulmaq zəhmətinə qatlaşmaq istəməzlər. Halbuki cəmiyyət ticarət və sənət kimi fəaliyyətlərlə rifah səviyyəsinə çatar.



4. Faiz, insanları biri birilərinə borc vermək surətiylə köməkləşmələrinə, bir birilərinin dərt və sıxıntıları ilə maraqlanmalarına mane olar. Bu isə cəmiyyət üzvləri arasında birlik və dayanışmanın zəifləməsinə səbəb olar.



5. Faizin geniş yayıldığı cəmiyyətlərdə varlıyla kasıb arasındakı fərq getdikcə böyüyər: varlı daha imkanlı, kasıb da daha imkansız olar. Bu isə bir cür sosyal bərabərsizliyə səbəb olar.



6. Fəqət bunlar, nəfslərinin arzu və istəklərinə əməl etməyərək, uca yaradanın əmrini yerinə gətirmək üçün, Onun mükafatına layiq olarlar. Bir tərəfdən də Cənabi Haqq onların faiz qarışmayan və içindən Allah haqqı verilən sərvətlərini bərəkətləndirir və çoxaldır. Qurani Kərimdə belə buyurulmuşdur.



"Allah faizi məhv edər (faiz qarışan malın bərəkəti olmaz) Sədəqələri çoxaldar, bərəkətləndirər..” (bakara 276 ayət)

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!