Müsəlman qadınlar haqqında hədislər..

Müsəlman qadınlar haqqında hədislər..
Qadın və Din
10.09.2017 90



Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...



1-Səid bin əl-Müsəyyəbdən soruşuldu: "İki dəfə evlənmiş bir qadın
Axirətdə hansı ərinə aiddir?" O, da cavab verdi ki, Rəsululah (s.ə.s)
belə buyurmuşdur: "Qadın son ərinə aiddir" (Əlbani, Səhihul Camiis
Sağir, 2704)

2-Rəsulullah (s.ə.s) buyurmuşdur: "Üç nəfər heç zaman
Cənnətə girməyəcək: ...., əd-dəyyus" Əd-Dəyyus- öz zövcəsinə və
zövcəsini digər kişilərə qısqanmayan zəif ərdir. (Səhih Buxari)



3-Rəsulullah (s.ə.s) buyurmuşdur: "Hər hansı bir qadın ərindən başqası
üçün ətir vurarsa, o, zina etmişdir. Onun gözəlliyinə və qoxusunu
qəsdən iyləyən də zina etmişdir. Allah, o, tövbə edincəyə qədər ondan
əməllərini qəbul etməz" (Nəsai, Əbu Davud, Tirmizi, Əhməd)



4-Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qadın kişi ilə yanında kişi qohumu (məhrəmi) olmadan təkbaşına qalmamalıdır" (Səhih Buxari)



5-Peyğəmbər (s.ə.s) həmçinin buyurmuşdur: "Əgər bir kişi qadın ilə yalnızdırsa, şeytan onların üçüncüsü olur" (Tirmizi)



6-Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qadın məhrəmsiz səfərə çıxmamalıdır" (Səhih Buxari və Müslim)



7-Aişə (ra) buyurmuşdur: "Peyğəmbər özünü kişi kimi aparan qadına lənət etmişdir" (Əbu Davud)



8-Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: "Mən dərrakə (anlamaq, fəhm,
hafizə) və din sahəsində sizdən (qadınlardan) daha çox çatışmazlığı olan
adam görməmişəm" Qadınlar soruşurlar "Ey Allahın Peyğəmbəri! Bizim
dərrakə və dinimizdə çatışmamazlıq nədir?" O (s.ə.s) deyir "İki qadının
şahidliyi bir kişinin şahidliyinə bərabər deyilmi?" Onlar cavab
veririlər "Bəli" O (s.ə.s) dedi: "Bu dərrakə sahəsində sizin
çatışmamazlığınızdır. Heyz dövründə qadının nə namaz qılması, nə də oruc
tutması həqiqət deyilmi?" Onlar cavab verdilər "Bəli" O (s.ə.s) dedi:
"Bu da, sizin dindəki çatışmamazlığınızdır" (Səhih Buxari)




9-Peyğəmbər (s.ə.s) qadınlara buyurmuşdur: "Şübhəsiz ki, siz cəhənnəmin
böyük hissəsini təşkil edəcəksiniz" Qadınlar soruşdular "Nəyə görə Ya
Allahın Rəsulu?" O (s.ə.s) deyir "Çünki siz bəlaya uğradığnda səbr
etməzsiniz, sizə bir şey verildiyində şükr etməzsiniz, bir sirr
verildiyində saxlamaz, ətrafa yayarsınız, ərinizə nankorluq edərsiniz və
asanlıqla güvənilməzsiniz". (Səhih Buxari)



10-Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Öz qadınlarını başçı edən heç bir millət müvəffəqiyyət qazanmayacaq!" (Səhih Buxari)



11-Peyğəmbər (s.ə.s) buyurmuşdur "Ey qadınlar, sədəqəni çoxaldın!
çünki siz cəhənnəmin böyük hissəsini təşkil edəcəksiniz" Qadınlardan
biri dedi: "Nə üçün ya Allahın Rəsulu?" O (s.ə.s) cavab verdi: "Şübhəsiz
siz nemətə qarşı insanların ən nankorusunuz. dərrakəniz və dininiz
nöqsandır. Allahdan qorxun! Allahdan qorxun! İşlərində söz sahibi
kişilərin qəlblərini sizlər qədər çevirən yoxdur." buyurdu ki, "Onlardan
biri bir kişi ilə evlənir. Kişi bütün həyatı boyu ona yaxşılıq edir,
onunla yaxşı davranır, lakin qadın bir dəfə ondan bir sərtlik görən kimi
deyəcək: "Mən səndən heç zaman yaxşılıq görməmişəm" (Səhih Buxari)

(Bu hədis əlbəttə ki , bu sifətdə olna qadınlara aiddir)



12-Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qadınlarınızın məscidə getməsinə
mane olmayın, lakin onlar üçün evləri daha xeyirlidir" (Səhih Buxari)



13-Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Əməlisaleh qadının malı, əməlisaleh kişi üçün nemətdir" (Əhməd)



14-Əbu Səid nəql edir: Bir qadın Peyğəmbərin (s.ə.s) yanına gəlib
dedi: "Ey Allahın Rəsulu! Ancaq kişilər sənin elmindən faydalanırlar.
Ona görə də xahiş edirik ki, bizə də bir gün vaxt ayırasan və Allahın
sənə öyrətdikərini bizə də öyrədəsən". Peyğəmbər (s.ə.s) ona dedi:
"Filan gündə və vaxtda filan yerdə yığışın". Onlar yığışdılar və
Peyğəmbər (s.ə.s) Allahın ona öyrətdiyini onlara öyrətdi. Sonra
Peyğəmbər (s.ə.s) onlara dedi: "3 uşaq itirən hər bir qadın uşaqları
tərəfindən oddan xilas olunacaq". Onların arasından bir qadın durub
dedi: "Ya Rəsulullah! Bəs iki uşaq itirən?". Qadın bu sualı iki dəfə
təkrarladı. Peyğəmbər (s.ə.s) buyurdu: "Hətta 2, hətta 2, hətta2!" Əbu
Hureyrə əlavə et ki, bu uşaqlar həddi-buluğa çatmamış olmalıdır.
(Buxari)

 

 

IslamaDogru.Bizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!