Valideynlərimizin qədrini bilək

Valideynlərimizin qədrini bilək
Qadın və Din
10.09.2017 8
Bir yaşlı qadın günlərin bir günü oğlunun evinə köçür. Oğlunun yoldaşı və 4 yaşlı oğlu var imiş. Qadın çox yaşlı idi, gözləri zəif görürdü, əlləri əsirdi. Hər axşam bütün ailə ilə birlikdə masa arxasında əyləşib yemək yeyərdilər. Yaşlı qadının əlləri əsdiyindən yemək yeyərkən əziyyət çəkirdi, çox vaxt isə yeməyi süfrəyə dağıdardı. Bir neçə gündən sonra bu hal oğlu ilə gəlini narahat etməyə başlayır. Oğlu bu hala bir çarə tapır, çarə isə otağın küncündə balaca stol qoymaq və anasının orada yemək yeməsi idi. Yaşlı qadın hər axşam gözüyaşlı tək küncdə yerləşən stolda yemək yeyərdi. Yeməyi isə taxta qabda verilirdi. Balaca uşaq hər şeyi görüb başa düşürdü.

Bir gün atası uşağın taxtalarla oynadığını görür. "Oğlum nə düzəldirsən?" deyə soruşduqda. Uşaq tam əmin şəkildə və gülümsəyərək: "Ata taxtadan anamla sənə qab düzəldirəm, mən böyüyəndə siz bu qabdan yemək yeyəcəksiz" deyə cavab verərək başını aşağı salıb işinə dəvam edir. Uşağın cavabına donub qalan ata və ana nə deyəcəklərini bilmədilər. Hər ikisi də böyük peşimançılıq hissi keçirirlər. Həmin axşam oğul anasının qoca titrəyən əllərindən tutaraq onu masa arxasında əyləşdirir və çox peşiman olduğunu etiraf edir. O gündən yaşlı qadın süfrəyə yemək dağıtsa belə evdə heç kəsi narahat etmirdi.

Valideynlərimizin qədrini bilək...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!