++++++++++Həyatın Səsi

++++++++++Həyatın Səsi
Qadın və Din
10.09.2017 19
Həyatın səsi




Ata oğul ovalıqda gəzməyə çıxmışdılar. Birdən uşaq nəyəsə ilişib yıxıldı və ağrıdan qışqırmağa başladı. Bir qədər sonra uzaqdakı yamacdan da eyni səs eşidildi.

Uşaq təəccübləndi. Bu səsin haradan gəldiyini öyrənmək üçün üzünü yamaca tutub:

"Sən kimsən?” - deyə soruşdu.

Qarşı tərəfdən də yenə "Sən kimsən?” - deyə cavab gəldi.

Bu dəfə uşaq dözə bilmədi və "Sən qorxaqsan!” - deyə qışqırdı.

Yamac da, "Sən qorxaqsan!” - deyə cavab verdi.

Uşağın təəccübü birəbeş artmışdı.



Bunu görən ata üzünü yamaca tutdu və "Sənə heyranam!” - deyə qışqırdı.

Yamac da, "Sənə heyranam!” - deyə cavab verdi.

Ata yenidən qışqırdı:

"Sən ən böyüksən!”

Gələn cavab yenə də "Sən ən böyüksən!” idi.

Uşaq diqqətlə atasına baxır, ancaq hələ də nə baş verdiyini başa düşə bilmirdi. Nəhayət atası izah etməyə başladı:

"Oğlum, insanlar buna əks-səda deyirlər!

Ancaq əslində bu, Həyatdır.

Həyat həmişə sənə sənin verdiklərini qaytarır.

Bir sözlə həyat, bizim əməllərimizin aynasıdır:



Əgər daha çox sevgi vermək istəyirsənsə, daha çox sev!

Əgər daha çox şəfqət istəyirsənsə, daha şəfqətli ol!

Daha çox hörmət istəyirsənsə, daha çox hörmət et!

Başqalarından səbir tələb edirsənsə, sən onlardan daha səbirli ol!

Bu həyatdır və həyatda təsadüflərə yer yoxdur”.



Bəs siz Həyata nə verib, qarşılığında nə almısız???



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!