++++++++++Dərs Çıxaraq

++++++++++Dərs Çıxaraq
Qadın və Din
10.09.2017 9
Günlərdən bir gün, kəndlərdən birində, adamın birinin eşşəyi quyunun birinə düşmüş.

Niyə düşər, necə düşər soruşmayın. Eşşək bu. Düşüb də...

Bəlkə kor bir quyu idi, ağızı taxtayla bağlanılmışdı bəlkə, üzərinə də torpaq tökülmüşdü. 

Zamanla taxta çürüdü, zəiflədi, torpaqda bitən otları yemək istəyən eşşəyin ağırlığını çəkə bilmədi və booom!



Heyvan saatlarla ağrı çəkərək qıvrıldı, qışqırdı öz dilində.

Səsini eşidən sahibi gəlib baxdı ki vəziyyət pisdir...

Yazıq eşşəyi quyunun dibində məğrur qəmli baxır, üsdəlik yaralanmış.

Qarşılaşdığı bu vəziyyətdə özünü eşşəyi qədər yazıq hiss edən adamcığaz kəndliləri köməyə çağırdı.

Nə etsək, nə etsək, necə çıxarsaq sualları havada qaldı.

Sonunda qərar verildi ki qurtarmaq üçün əziyyət çakməyə dəyməz. Tək çarə quyunu torpaqla örtmək.

Əllərinə götürdükləri bellərlə ətrafdan quyunun içinə torpaq atdılar.

Yazıq heyvan üzərinə gələn torpaqları hər dəfə sirkələnərək dibə tökdü.

Ayaqlarının altına aldığı torpaq sayəsində hər an bir az daha yüksəldi və

sonunda yuxarıya çıxmış oldu. Kəndlilər ağızı açıq baxaraq saki dondular yerlərində.



Həyat; bəzən bizim də üzərimizə örtülər.

Bəzən deyil elə çox vaxt.

Toz torpaqla örtməyə çalışanlar çox olar.



Bunlarla mubarizənin tək yolu; şikayətlənib sızlanmaq deyil, 

düşünüb sirkələnmək və xilas olmaq, işıqlığa addım atmaqdır.



Kor quyuda olsaq da...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!