4 Məhəlləli qəsəbə

4 Məhəlləli qəsəbə
Qadın və Din
10.09.2017 15
Kiçik bir qəsəbənin dörd ayrı məhəlləsi varmış. Birinci məhəllədə Bəliamma- lar yaşayırmış. Bəliamma- lar nə edilməsi lazım olduğunu bildiklərini düşünərmişlər. Etmə zamanı gəldikdə isə " bəli, amma " deyə cavab verərlərmiş. Cavabları həmişə səhv olarmış. Günahı başqalarına atmaqda da ustaymışlar. 
İkinci məhəllədə Edəcəyəm- lər yaşayarmış. Nə edəcəklərini bilərmişlər. Özlərini edəcəkləri şeyə addım- addım hazırlayarmışlar, amma edəcəkləri sırada şanslarını qaçırdıqlarına diqqət edərmişlər. Bu məhəllədə insanların dizləri döyülməkdən yara içindəymiş. Həyatı təxirə salmamaq üçün verdikləri qərarı belə təxirə salarmışlar. 
Üçüncü məhəllədə yaşayan Kaşkiçi- lərin, həyatı qəbul etmə gücləri mükəmməlmiş. Nəyin edilməsi lazım olduğunu daim ən məqsədəuyğun şəkildə bilərmişlər amma, hər şey olub bitdikdən sonra. Kaşki- çilərin də başları qanayarmış həmişə, divarlara vurmaqdan! 
Qəsəbənin ən yaşıl bölgəsində, ən gözəl evlərin olduğu məhəllədə isə Yaxşı ki etdim- lər yaşayarmış. Kaşkiçilər bu məhəllədə gəzintiyə çıxar, ətrafa heyranlıqla baxarmışlar. 
Edəcəyəmlər Kaşkiçilərlə birlikdə bu məhəllədə gəzintiyə çıxmaq istər amma heç cür fürsət tapa bilməzmişlər. 
Bəliammalar isə məhəllənin gözəlliyini görmək yerinə, ağacların kölgələrinin kifayət qədər geniş olmadığından, günəşin daha erkən saatda doğulması lazım olduğundan şikayət edərlərmiş. 
Yaxşı ki etdim məhəlləsindəki insanların qüsuru da, beyinlərində bəhanə çıxarma mərkəzlərinin olmamasıymış!...






 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!