+++++++++Maraqlı bir hekayə

+++++++++Maraqlı bir hekayə
Qadın və Din
10.09.2017 21

 

İbn Əbu Dünya duaları qəbul olunanlar və dua barəsində fəsillərində əl-Həsənin

hekayəsini rəvayət edir ki, Peyğəmbərin, sahabələrinin, ənsarların arasında

Əbu Muallək adlı bir kişi var idi. O ticarətlə məşğul olurdu, özünün və başqalarının

malları ilə uzaq ölkələrə səfər edərək onları satardı. O dinpərəst və təqvalı insan idi.

Bir dəfə səfərdə ona təpədən dırnağa kimi silahlanmış quldura rast gəlir. O ona dedi:

-Nəyin varsa qoy və mən səni öldürəcəyəm.

- Qanımı nəyə görə tökürsən? Axı sənə yalnız mənim malım lazımdır sahabə cavab verdi.

- O onsuzda artıq mənimdir, lakin mən səni öldürmək istəyirəm.

- Bu halda icazə ver dörd rükət namaz qılım.

- Istədiyin qədər qıl! quldur dedi.

O dəstəmaz alıb dörd rükətli namaz qıldı. Sonuncu səcdədə Allaha dua edərək dedi:

Ey Sevgilim! Ey Sevgilim! Ey şanlı Ərşin Sahibi! Ey İstədiyini edən! Zəifləməyən

qudrətinə görə, ədalətsizliyə yol verməyən mülkünə görə və Ərşinin dayaqlarını dolduran

Nuruna görə məni bu quldurun şərindən qoru! Məni xilas et Ey Xilas edən!.

O bunu üç dəfə təkrar etdi və bu an əlində nizə ilə atlı peyda oldu. O nizəni atının

qulaqlarının arasında yerləşdirdi, quldur onu gördükdə isə o ona hücüm edərək

nizə ilə onu vurub öldürdü. Sonra o sahabənin yanına yaxınlaşaraq dedi:

-Dur!

-Atam anam sənə fəda olsun! Sən kimsən?

Bu gün Allah sənin əllərinlə məni xilas etdi - o dedi.

- Mən səmanın dördüncü qatından olan mələyəm. Sən dua ilə birinci dəfə müraciət etdikdə

mən səma qapılarının guruldamasını eşitdim. Sonra sən ikinci dəfə dua etdin və mən

səma əhlinin səs küyünü eşitdim. Sonra sən üçüncü dəfə dua etdin və mənə deyildi:

Məzlumun duası!- və Allahdan onu öldürməyi mənə tapşırmağı xahiş etdim.

Əl-Həsən dedi: Əgər insan dəstəmaz alıb dörd rükət namaz qılsa və belə dua ilə

(Allaha) müraciət etsə onun məzlum olub olmamasından asılı olmayaraq duası qəbul olar.










скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!