++++++++++Səni Yaratdım!

++++++++++Səni Yaratdım!
Qadın və Din
10.09.2017 15

Bir gün, çəlimsiz, kiçik bir qız uşağı küçənin küncünə oturmuş yemək, pul, ya da ala biləcəyi hər hansı bir şey üçün dilənirdi. Üzərində cırıq, deşik geyimlər, üzü gözü çirk içində, pərişan bir halı vardı.

Qız dilənərkən, küçədən gənc, varlı və yaraşıqlı bir adam keçirdi. Qızın dilənməyini hiss etmişdi, amma bildirməmək üçün dönüb ikinci dəfə baxmadı. Böyük və lüks evinə, xoşbəxt və rahat ailəsinin yanına gəldiyində, çox gözəl hazırlanmış axşam süfrəsi onu gözləyirdi. Lakin az sonra düşüncələri təkrar o kasıb qıza ilişdi. Duyğuları bir şeylərə etiraz edirdi.

Sonra asan yolu seçdi və etirazlarını Allah' a yönəltdi. Belə vəziyyətlərin var olmasına icazə verdiyi üçün...

"Belə bir şeyin olmasına necə icazə verirsən? Niyə o kiçik qıza kömək üçün bir şeylər etmirsən Allahım?" deyə şikayətləndi içindən.

Sonra ruhunun dərinliklərindən gələn bir cavab eşitdi:

"Etdim. Səni yaratdım!"

Quyuya salsan da, yaxşılığı bil...

Yenə qayıdacaq, o itən deyil...!



Heç kəsdən yardım əlinizi əsirgəməyin.

Çünki bir gün onun yerində siz ola bilərsiniz!


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!