+++++++Elan yazılan lövhə və kor insan

+++++++Elan yazılan lövhə və kor insan
Qadın və Din
10.09.2017 9
Elan yazılan lövhə və kor insan



Bir gün kor kişi bir imarətgahın kandarında papağını qarşısına qoyub digər tərəfinə isə "Mən koram. Xahiş edirəm mənə kömək edin”, -sözləri yazılmış bir lövhə qoyub oturubmuş. Həmin an onun yanından bir nəfər keçir. Dayanan kor kişinin qarşısındakı papağın içinə baxanda görür ki, orada çox az miqdarda pul var. Həmin şəxs cibindən bir miqdar çıxarır və onun papağına qoyur. Daha sonra kor kişidən icazə almadan onun qarşısındakı lövhəni götürüb, ora başqa bir cümlə yazdıqdan sonra onu yerinə qoyub, yoluna davam edir. Bir müddət sonra kor kişi hiss edir ki, papağı yavaş-yavaş pulla dolmağa başlayır. Hiss edir ki, bu, lövhədə yazılan yazı ilə bağlıdır. Kor yoldan keçən bir nəfəri saxlayıb, ondan lövhədə nə yazıldığını soruşur. Həmin adam ona yazılan bu sözləri oxuyur: "Artıq bahar ayı gəlmişdir. Ancaq biz, onun gözəlliyini görə bilmirik”.

Bu hekayə bizlərə sanki bunu deyir: "İşlərin istədiyin kimi getmirsə, sahib olduğun digər vasitələrdən də istifadə et”.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!