+++++++++++Şeyxin Pişiyi Hekayəsi

+++++++++++Şeyxin Pişiyi Hekayəsi
Qadın və Din
10.09.2017 6
Qədim zamanlarda Ahi Fərə Zəncani Həzrəti'nin bir pişiyi vardı. Evində də heç qonaq əskik olmazdı. Hər zaman müridləri ziyarətə gələr, o da müridlərini bir şeylərə qonaq edərdi. 

Gələcək qonaqlara yemək hazırlamaq istənildiyi zaman pişik çağırılırdı. Pişik nə qədər miyavlarsa xidmətçi qazana o qədər su əlavə edərdi. Hər miyavlaması üçün bu miqdar, bir stəkan imiş. Bir gün yemək hazırlandı, qonaqların önünə qoyuldu. Ancaq gələn qonaqların sayı hazırlanan yeməkdən bir artıq çıxdı. Pişiyin əskik miyavlamasına çaşıb qaldılar. Biraz sonra pişik qonaqların içinə girdi, qonaqları tək tək iylədi. Və ən sonda birinin üzərini çatanda o kimsənin üzərini islatdı. Sonra araşdırıldığı zaman o kimsənin bir qeyri müsəlman olduğu anlaşıldı. 

Yenə bir gün, aşbaz qazana sütlac bişirmək üçün süd doldurmuştu. Bir zəhərli ilan gələrək qazanın içinə girdi. Aşbazın bundan xəbəri yoxuydu, pişik gəlib qazanın ətrafında miyavlamaya və fəryad etməyə başladı. Aşbaz pişiyin bu halından bir şey anlamırdı. Onu azarladı və oradan qovdu. Ancaq bir fürsət tapan pişik özünü qazanın içinə atır və ölür. Qazanı boşaltdıqları zaman qara bir ilanın qazanın içində ölmüş olaraq tapırlar. 

Şeyx Ahi Fərə Zəncani Həzrətləri: 

— O pişik özünü dərvişlərə fəda etdi. Onu yuyub qəbrə qoyun və ziyarətgah edin deyə, buyurdu. 

Hələ də qəbri Zəncan'da ziyarət yeri olaraq bilinir.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!