Allahın Əmanəti Hekayəsi

Allahın Əmanəti Hekayəsi
Qadın və Din
10.09.2017 9
Hz.Ümmi Süleym çox təmiz əxlaq sahibi bir xanım idi. Uşağı vəfat edəndə səbir və mətanətlə şəxsən özü onu yudu və özü kəfənlədi və bir tərəfə qoyub, qonşularına dönərək: - Atasına xəbər verməyin.-dedi. Hz. Əbu Talha evdə deyildi. Axşam evə qayıdanda uşağı soruşdu, xanımı: - Gördüyündən indi çox yaxşıdır, deyir . Sonra yemək yedilər, oturdular. Bir müddət sonra Hz.Ümmi Süleym ərinə çox mətanətlə belə deyir: - Əbu Talha, borc alınmış bir şeyi geri vermək zərurətdir ya yox? - Söylədiyin bu söz necə sözdür, əlbəttə ki, borc alınan şey geri qaytarılmalıdır . - O halda, Haqq Təala da sənə əmanət verdiyi uşağı apardı. Əbu Talha bu sözü eşidəndə : - Biz Allaha sədaqətliyik və həmişə onun tərəfində olacağıq.-deyir və şükr edir. Səhər açılanda gedib Rəsulullaha (s.ə.v.) izah edir. Rəsulullah (s.ə.v.): - Ya Rəbbi bunun daha yaxşı bir qarşılığını Əbu Talhaya ver,-deyə dua edir. Necə ki, doqquz ay doqquz gün sonra Abdullah deyə bir uşaqları olur. Uşaq Peyğəmbərimizin himayəsində böyüyər,İslam Tarixində tanınmış bir şəxsiyyət olar.
 
P.S. Peyğəmbərimiz (s.ə.v.) buyurub: Əsl səbir fəlakətin gəldiyi ilk anda göstərilən səbirdir. (Buxari,Cənaiz,32) Allah hamımıza bu cür səbir nəsib etsin bacılarım,amin!
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!