Yaxşılıq (Hekayə)

Yaxşılıq (Hekayə)
Qadın və Din
10.09.2017 107
Atına minmiş getməkdə olan bir bəy, yatmaqda olan adamın ağzından içəri ilanın girdiyini gördü.

Yetişib müdaxilə etmək istədisə də müvəffəqiyyətli ola bilmədi. 

İlan yatan adamın ağızından içəri qaçdı. Ağıllı biri olan bu bəy, yatan

adama bir neçə toppuz zərbəsi vurdu. Adamı yaxınlarda olan alma

ağaclarının altına qədər qovdu. Ağacların altında çürük almalar vardı. 

Bəy çürük almaları yeməsi üçün adama təzyiq etdi. 

Zorla çürük almaları yeyən adam bir tərəfdən də, ''Mən sənə nə etdim?

Zülmünün səbəbi nədir? Canıma qəsdin varsa, vur öldür, amma işgəncə etmə'

' deyə deynirdi. Adam, ''Bunları yedikdən sonra qaçmağa başlayacaqsan'' dedi. 

Yuxusuzluğun və yorğunluğun üzərinə, qarını tox olan adam,

yandırıcı günəşin altında bəyə lənətlər oxuyaraq qaçırdı.

Sonunda adamın mədəsi bulandı, ödü qabardı. Qusmağa başladı. 

Bütün yediklərini çıxardı. Çıxardıqları arasında böyük qara ilanı görüncə, 

bəyin özünə nə üçün belə davrandığını anladı.

Etdiyi qarğışlardan peşman oldu. Bəydən üzr istədi. Məlumatsızlığını bağışlamasını istədi.

''Nə üçün etdiyini söyləsəydiniz sizə təhqir etməzdim'' dedi.

Bəy, ''Mədənə ilan girdiyini söyləsəydim, nə alma yeməyə nə qaçmağa

nə də qusmağa gücün qalardı. Qorxudan ölərdin'' dedi. 

İlandan xilas olan adam, bəyə dualar edərək yanından ayrıldı.



Nəticə: Bir şeyin səbəbini bilmədən heç vaxt fikir yürüdüb peşmançılıq yaşamayın.




[justify][/justify]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!