+++++++++Hz. İsa Əleyhissalam

+++++++++Hz. İsa Əleyhissalam
Qadın və Din
10.09.2017 17
Hz. İsa (A.Ş.), Hz. Məryəmin oğludur. Allahu Təala Hz. Adəmi anasız, atasız yaratdı. Hz. İsanı isə atasız yaratdı. Yəhudilər pis zənnə düşərək Həzrəti Məryəmi cəzalandırmaq istədilər. Lakin Həzrət-i İsa, daha beşikdə ikən Allahu Təalanın qüdrəti sözə başladı: "Mən Allahın quluyam, mənə kitab verdi, mənə peyğəmbərlik verdi, məni hər harada olursa olum mübarək qıldı" dedi. Bu möcüzənin görən Yəhudilər Hz. Məryəmdən əl çəkdilər.

Hz. İsa (as) Beyt-i Makdis'e bir neçə mil məsafədə olan Beyt-i Lahm kəndində doğulmuşdur.

Hz. Məryəm ərə getməyib, mələklər qədər sadə və iffətli bir halda yaşayarkən sırf ilahi qüdrət ilə Hz. İsaya hamilə qalmışdı. Qurani-Kərim bunu açıqca bəyan buyurmaqdadır. Bütün müsəlmanlar buna şübhəsiz inanır. Hz. Adəmin (a s) atasız və anasız olaraq yaradılmış olduğunu bilənlər, artıq Hz. İsanın atasız yaradılışını əsla inkar edə bilməzlər.

Hz. İsa əleyhissəlam otuz yaşına girincə Allahu Təala özünə peyğəmbərlik vermiş və İncil-i Şerif kitabını endirmişdir. Hz. İsa Yəhudiləri irşada çalışmış, özlərinə gözəl nəsihətlər vermiş, böyük böyük möcüzələr göstərmişdi, lakin özünə çox az kimsə iman etmişdir ki, onlara həvari deyilər, on iki şəxs idilər.

Hz. İsa (ə.s) bir müddət vâlidəsiylə birlikdə İordaniyaya tabe Nazaretdən iqamət etmişdir. Buna görə özünə tabe olanlara Nasarayı, dinlərinə də Nasrâniyet deyilmişdir.

Yəhudilər Hz. İsanın həyatına qəsd etdilər, ona bənzətdikləri bir şəxsi tutub Qüds-Şərifdə dar ağacına asdılar. İsa əleyhissəlam isə Haqq Təalanın əmri və qüdrəti ilə göyə qaldırıldı, mələkiyyət simasına büründü. Özünə Ruhullah deyilir.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!