"Dirilən ölü" hekayəsi

Qadın və Din
10.09.2017 6
Enes ibn Malik belə söyləyir: "Gözləri görməyən yaşlı bir xanımın Saib adında bir gənc oğlu vardı. Daha həyatının baharında olan bu gənc Mədinə vəbasına tutulmuşdu. Uzun zaman xəstə yatdı. Bir gün gəncin ziyarətinə getdik. Ancaq təəssük ki, biz orada ikən gənc ruhunu təslim etdi. Biz də gözlərini bağladıq və üzərinə paltarını örtdük. Bizlərdən biri anasına:

- Onun üçün Allah'a dua et dedi. Anası:

- Amma o öldü dedi. Biz:

- Olsun, sən yenə də dua et dedik. Qadın gəncin ayaq ucu tərəfində oturdu, ayaqlarını tutdu və:

- Allahım, mən istəyərək sənə iman etdim. Səndən qorxduğum üçün bütlərı buraxdım. Arzumla sırf sənin üçün hicrət etdim. Allahım, büta inananları mənə güldürmə, gücümün yetməyəcəyi bu yükü mənə yükləmə. deyə dua etdi.

Allah'a and içərəm ki, qadın sözünü bitirər-bitirməz, gənc ayaqlarını tərpətməyə başladı. Sonra da üzünden örtüyü atdı. Rasulullah (s.a.v) və anası vəfat edincəyə qədər də yaşadı.

P.S. Müqəddəs kitabımız Quranda bu cür qeyd olunmuşdur:

"Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız." (Bəqərə surəsi,28-ci ayə)
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!