Kişilərlə qadınlar eyni səfdə duraraq namaz qıla bilərmi?

Kişilərlə qadınlar eyni səfdə duraraq namaz qıla bilərmi?
Qadın və Din
10.09.2017 45
 
Camaatla namaz qılarkən namaz səflərinin tərtibatının necə olacağı Peyğəmbərimiz (səllallahu əleyhi vəsəlləm ) tərəfindən öyrədilmiş, hər dövrdə eyni ilə tətbiq edilə-edilə günümüzə qədər gəlib çatmışdır. Camaatla namaz qılarkən ön səflərdə kişilər, ortada uşaqlar, ən arxada da qadınlar səf tutarlar.
Ev içində ər-arvad və ya ailənin digər üzvləri birlikdə camaat namazı qıla bilərlər.İmamla birlikdə namaz qılacaq sadəcə bir məhrəm qadın varsa o, imamın arxasında dayanaraq namaz qılar. Əgər yer dardırsa imamın ayaqlarının olduğu xətdən geridə, onun sağında duraraq namaz qıla bilər. Bu mövzuda hökm ayaqlara baxılaraq verilir. Əgər qadının boyu imam(çünki oğlan uşağı həddi-buluğuna çatmışsa imam ola bilər) olan şəxsdən uzunboylu olar və səcdəyə gedərkən boyu imamımın boyunu keçərsə də namazın səhhətinə zərər gəlməz. yuxarıda qeyd etdiyimiz kimi bu mövzuda hökm ayaqların geridə olmasına görə verilir.
Qeyd etmək lazımdır ki, qadınla kişi eyni vaxt namazını camaat halında eyni səfdə qılarsa kişinin namazı pozular. Ancaq ayrı-ayrı qılarlarsa pozulmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!