Məhəmməd Peyğəmbərin (s) kəlamları

Məhəmməd Peyğəmbərin (s) kəlamları
Qadın və Din
10.09.2017 24
1. Bir nəfər bir başqasına inanıb, canını ona etibar edərsə və etibar
edilən tərəfindən öldürülərsə, öldürülən kafir olsa belə, mən, onu qətlə
yetirəndən uzağam, o adam məndən deyildir, müsəlman deyildir.



2. Udulan şeylər içərisində Allah dərgahında ən savablısı hirslənən zaman hirsi udmaqdır.



3. Allaha, doğru sözdən daha qiymətli bir sədəqə yoxdur.



4. Kim bir xeyirli iş üçün bələdçilik edirsə, o xeyirli işin savabı qədər savaba nail olur.



5. İnsan sevdiyi adamla olmalı, yaşamalıdır və qazancı özünə aiddir.



6. Azacıq da olsa özünü şayan etdirmək belə qüsurdur.



7. Üç şey vardır ki, bunlar kimdə varsa, Tanrı onu yüngülcə sorğuya tutur
və cənnətə göndərir. Kim səni bir şeydən məhrum edərsə, qızırqalanma,
ver: sənə zülm edəni bağışla, səni yoxlamağa gəlməyənə sən baş çək.



8. Əsil yaxşılıq odur ki, aşkar şəraitdə, adamların gözü qarşısında gördükləini, təklikdə olanda da görəsən.



9. Həqiqət acı olsa belə danış



10. Tanrı rəhm eləsin düz danışana.



11. Həqiqətən də, Ulu Tanrı ilk sevgini qorumağı sevir.



12. Əlinə sahib ol! ( pis iş görməyə alışdırma)



13. Ağlına gələni danışmaq günaha yazılır.



14. Dilinə sahib ol! (nəyi demək, nəyi deməmək lazım olduğunu bil)



15. Nöqsanı üzə vurmaqdan çəkinin.



16. İki adam gizlicə söhbət edərsə aralarına girməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!