+++++++Bərəkət

+++++++Bərəkət
Qadın və Din
10.09.2017 28
Bir gün Musa əleyhissəlam bir kənddə var- dövləti və səxavəti ilə ad çıxarmış bir adama rast gəlir. Həmin şəxs də onu evinə dəvət edir. Oturub şirin- şirin söhbət edirlər. Söhbət əsnasında həmin şəxs deyir :
-Malım, dövlətim başımdan aşır. Özüm çox can atmasam da Allah var- dövləti başımdan yağdırır. Qorxuram ki, bu nemətlərin şükrünü edə bilməyim. Həm də mal dövlətim o qədərdir ki, qorxuram onlarla məşğul olmaqdan ibadətə vaxtım qalmaya. Bu qədər var- dövlət Allaha qarşı ibadətimi azalda bilər. Mənə bir məsləhət verin.Neyləyim ki, var- dövlətim getdikcə azalsın?
Həzrəti Musa deyir:
— Sən belə elə. Yavan çörəyi əlinə al, küçədə gəzə- gəzə ye.
Adam Həzrəti Musanın bu təklifini qəbul edir. Aradan bir xeyli müddət keçir. Həzrəti Musanın yolu yenə bu kənddən düşür. Gəlib həmin adamı tapır və vəziyyəti soruşur. Adam deyir :
— Siz mənə məsləhət verib getdiz. Mən də sizin dediyiniz kimi etdim. Amma Allah təala siz gələnə qədər birə beş verirdisə, siz gedəndən sonra birə on verdi. Var- dövlətim azalmadı, əksinə artdı.
Həzrəti Musa deyir :
— Hələ bir göstər görüm necə yeyirsən?
Adam gedib ətəklik gətirir. Səliqə ilə boynuna bağlayır. Beləcə tökülən çörək qırıntıları da yerə düşmürdü. Sonra o qırıntıları da ətəkdən yığıb yeyir. Bu hadisəni görən Həzrəti Musa ucadan gülür və deyir :
— Mən məsləhəti verəndə düşünmüşdüm ki, sən gəzə- gəzə yeyəndə qırıntılar yerə dağılacaq, onunla da sənin evinin bərəkəti gedəcək. Amma mən hardan biləydim ki, sən çörəyin tozunu da yerə tökməyəcəksən. Evinin bərəkəti də elə buna görə artır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!