Daha güclü kimdir?

Daha güclü kimdir?
Qadın və Din
10.09.2017 12
Uca Allah yeri yaradanda yer fasiləsiz hərəkət edirdi. buna görə də Allah-Təala dağları yaratdı. Dağları yerə oturdunca yer sabitləşdi. Mələklər dağların gücünə heyran olub Allahdan soruşdular:

-Ey Rəbbimiz, məxluqatın içində dağlardan daha güclüsü varmı?

Allah-Təala da:

-Bəli, dəmir,-buyurdu.

Mələklər:

-Ey Rəbbimiz, dəmirdən daha güclüsü varmı?-dedilər.

Uca Allah:

-Bəli, od,-buyurdu.

Mələklər yenə:

-Ey Rəbbimiz, məxluqatın içində oddan daha güclüsü varmı?-soruşdular.

Allah-Təala:

-Bəli, külək var,-buyurdu.

Mələklər:

-Ey Rəbbimiz, məxluqatın içində küləkdən daha güclüsü necə, varmı?- deyə soruşunca uca Allah belə buyurdu:

-Bəli, var. Sol əldən xəbərsiz sağ əllə sədəqə verən bəşər övladı daha güclüdür.

/Mənbə:Qadınlar.biz/

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!