Bunları mütləq bilməliyik

Bunları mütləq bilməliyik
Qadın və Din
10.09.2017 11
Surə nədir?

- Quranın bəsmələ ilə ayrılan hər bir bölümüdür...

Ayə nədir?


- Qurani Kərimdə durğu işarələri arasındakı cümlə və ya ifadələrdir...

Fərz nədir?

- Dinlə bağlı etməli olduğumuz vacib bir şeydir...

Vacib nədir?

- Edilməsi vacib olan əməllər...

Sünnət nədir?

- Peyğəmbər (s.) etdiyi və müsəlmanların da etməsini istədiyi dini vəzifələrdir...

Hədis nədir?

- Hz. Peyğəmbərin (s.) və İmamların (ə) sözləridir...

Mübah nədir?

- Dinən edilib edilməməsi sərbəst buraxılan şeydir...

Haram nədir?

- Dinən edilməsi qəti olaraq qadağan edilən şeydir...

Halal nədir?

- Dini bir termin olaraq dinən icazə verilmiş, haqqında dini bir qadağan etmə və məhdudlaşdırma olmayan davranışı və onun dini-hüquqi hökmünü ifadə edər...

Təyəmmüm nədir?

- Dəstəmaz ya da qusl almaq üçün su olmadığı vəziyyətlərdə niyyət edilərək təmiz torpaq və ya torpaq cinsindən bir şeyə əlləri sürtüb üzə və əllərə biləkdən barmaqların ucuna qədər məsh çəkməkdir...

Qüsl nədir?

- Bütün bədəni yumaqdır...

Zəkat nədir?

- Dinən zəngin sayılan müsəlmanların müəyyən yerlərə sərf edilmək üzrə mallarından verməklə öhdəçilikli olduqları müəyyən paydır...

Xətm nədir?

- Qurani Kərimin başdan sona qədər oxunub bitirilməsidir....

Kəbə nədir?

- Müsəlmanların namaz qılarkən yönəldikləri Məkkədəki Məscidi Haramın içində olan Hz. İbrahim (ə) ilə oğulu Hz. İsmayıl (ə) tərəfindən tikilmiş və İmam Əli (ə) dünyaya gəldiyi müqəddəs məbəddir...

Qiblə nədir?

- Müsəlmanların namaz qılarkən yönəldikləri tərəf Kəbə cəhətidir...

İbadət nədir?

- Allaha könüldən istəyərək yönəlmək və qarşılığında savab vəd edilən dini vəzifələri və əməlləri Allahın razılığını qazanmaq məqsədiylə yerinə yetirməkdir...

Mömin kimə deyilir?

- Allaha Hz. Peyğəmbərə (s.) və Onun xəbər verdiyi şeylərə könüldən inanıb qəbul və təsdiq edən kimsədir...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!