Allahın 99 adı və mənaları

Allahın 99 adı və mənaları
Qadın və Din
10.09.2017 84
Bismilləhir-Rahmənir-Rahim 


"Ən gözəl adlar Allahındır, Onu bu adlarla çağırıb dua edin....."   "Əraf" surəsi, 180-cı ayə.

İmam Sadiq (ə) buyurmuşdur: "Allah-Təalanın 100-dən bir əskik (yəni 99) adı vardır, hər kim onun bu adlarına iman gətirərək saysa behiştə düşər"



Həmin adlar bunlardır:

1. ALLAH - bütün gözəl sifətləri özündə ehtiva edən

2. ƏL-VAHID - yeganə

3. ƏL-ƏHƏD - bənzərsiz

4. ƏS-SAMƏD - ehtiyacsız

5. ƏL-AXİR - hər şeydən sonra mövcud olacaq

6. ƏS-SƏMİ - hər şeyi eşidən

7. ƏL-BƏSİR - hər şeyi görən (haqq-nahaqq)

8. ƏL-QƏDİR - hər şeyə qüdrəti çatan

9. ƏL-ƏVVƏL - hər şeydən əvvəl mövcud olmuş

10. ƏL-QAHİR - zalımları qəhr edən

11. ƏL-ƏLİYY - yüksək, uca

12. ƏL-Ə'LA - ən yüksək, ən uca

13. ƏL-BAQİ - əbədi, daimi, qaları

14. ƏL-BƏDİ - həmişə ixtira edən

15. ƏL-BARİ - yaradıcı

16. ƏL-ƏKRƏM - ən kəramətli

17. ƏZ-ZAHİR - aşkarda olan (yaxud aşkardakıları bilən)

18. ƏL-BATİN - gizlində olan (yaxud gizlindəkiləri bilən)

19. ƏL-HƏYY - diri

20. ƏL-HƏKİM - çox hikmətli

21. ƏL-ƏLİM - hər şeyi bilən, çox elmli

22. ƏL-HƏLİM - çox mülayim

23. ƏL-HƏFİZ - ən yaxşı qoruyucu, mühafizəçi

24. ƏL-HƏQQ - həqiqət

25. ƏL-HƏSİB - hər şeyi hesaba alan 

26. ƏL-HƏMİD - həmd edilən (yaxud həmdə layiq)

27. ƏL-HƏFİYY - öz yaratdıqlarını çox sevən

28. ƏN-NUR - nur

29. ƏR-RƏBB - bəsləyən, pərvəriş edən

30. ƏR-RAHMƏN - çox mərhəmətli

31. ƏR-RƏHİM - həmişə mərhəmətli

32. ƏR-RƏUF - mehriban, şəfqətli

33. ƏR-RAİ - hər şeyi görən

34. ƏR-RƏQİB - nəzarətçi, keşikçi

35. ƏZ-ZARİ - yaradan (yaxud bəndələrinin aqibətini müəyyən edən)

36. ƏS-SƏLAM -hər təhlükədən salamatlığa çıxaran, əmin-amanlıq və salamatlıq verən

37. ƏR-RƏZZAQ (ƏR-RƏZİQ) - ruzi verən

38. ƏL-MÖ'MİN - iman bəxş edən (yaxud iman bəslənilən)

39. ƏL-MÜHƏYMİN - himayə edən

40. ƏL-ƏZİZ - çox izzətli

41. ƏL-CƏBBAR - zalımlara əziyyət verən

42. ƏL-MÜTƏKƏBBİR - məqamı uca tutulan, böyüdülən

43. ƏS-SƏYYİD - ağa, başçı

45. ƏŞ-ŞƏHİD - hər şeyə şahid olan və nəzarətçi olan

46. ƏS-SADİQ - sədaqətli, doğrucul

47. ƏT-TAHİR - pak, saf

48. ƏL-ĞƏNİYY - ehtiyacsız, varlı

49. ƏL-ĞİYAS - köməkçi

50. ƏL-FATİR - yaradan, vucuda gətirən

51. ƏL-FƏRD - tək, yeganə

52. ƏL-FƏTTAH - çətinlikləri həll edən

53. ƏL-FALİQ - dan yerini yaran, parçalayan

54. ƏL-QƏDİM - əzəli, olmadığı zaman təsəvvürə gəlməyən

55. ƏL-MƏLİK - mülk sahibi

56. ƏL-QÜDDUS - müqəddəs

57. ƏL-QƏVİYY - çox qüvvətli

58. ƏL-QƏRİB - çox yaxın

59. ƏL-QƏYYUM - dayanıqlı, sarsılmaz, sabit

60. ƏL-QABİZ - sıxan, canları alan, və ya qəbz edən

61. ƏL-BASİT - açıb sərən və ya səxavətli

62. QAZİYUL-HACAT - hökm verən, ehtiyacları həll edən

63. ƏŞ-ŞAFİ - şəfa verən, sağaldan

64. ƏL-MƏCİD - şan-şöhrətli, əzəmətli, ulu

65. ƏL-VƏLİYY (ƏL-MÖVLA) - dost (ağa, sərvər)

66. Əl-LƏTİF - lütf edən

67. ƏL-MƏNNAN - bəndələrinə çox ehsan edən

68. ƏL-MÜHİT - hər şeyi əhatə edən

69. ƏL-MÜBİN - hər şeyi bəyan edib aşkarlayan

70. ƏL-MÜQİT (ƏL-MÜĞİS) - ruzi verən (dada yetişən, yardımçı)

71. ƏL-MUSƏVVİR - hər şeyi formaya salan

72. ƏL-KƏRİM - çox kəramətli

73. ƏL-KƏBİR - çox böyük

74. ƏL-KAFİ - kifayət edən, hər şeyə bəs edən

75. KAŞİFÜZ-ZÜRR - zərərin üstünü açıb ifşa edən

76. ƏL-VİTR - tək-tənha

77. ƏL-ƏZİM - əzəmətli

78. ƏL-VƏHHAB - nemət bağışlayan

79. ƏN-NASİR - köməkçi, yardımçı

80. ƏL-VASE - çox əhatəli, geniş

81. ƏL-VƏDUD - bəndələrini çox sevən

82. ƏL-HADİ - hidayət edən, doğru yol göstərən

83. ƏL-VƏFİYY - vəfalı, sadiq

84. ƏL-VEKİL - himayəçi

85. ƏL-VARİS - qiyamətdə hər şey məhv olduqdan sonra tək qalacaq vücud

86. ƏL-BİRR - yaxşı sifətlərin sahibi

87. ƏL-BAİS - qiyamətdə ölüləri dirildəcək zat

88. ƏT-TƏVVAB - tövbələri qəbul edən

89. ƏL-CƏLİL - cəlallı

90. ƏL-CAVAD - səxavətli

91. ƏL-XƏBİR - hər şeydən xəbərdar olan

92. ƏL-XALİQ - xəlq edən, yaradan

93. XEYRUN-NASİRİN - ən yaxşı yardımçı

94. ƏD-DƏYYAN - hesabat gününün sahibi, hakim

95. ƏŞ-ŞƏKÜR - şükr edilən (yaxud şükrə layiq)

96. ƏS-SANE - yaradıcı

97. ƏL-ƏDL - ədalətli (yaxud ədalətin özü)

98. ƏL-ƏFÜVV - əfv edən, bağışlayan

99. ƏL-ĞƏFUR - günahları bağışlayan
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!