Əfv et Allahım

Əfv et Allahım
Qadın və Din
10.09.2017 19
 Peyğəmbər(s.ə.s) buyurur: Adəm övladının hamısı səhv və xəta edər, xəta edənlərin ən yaxşısı tövbə edənlərdir. Allah tövbə edənləri sevir.Biz bəndələrinə namaz qılın, günaha meyl etməyin, dedin, Allahım!
Başqasının haqqına girməyin, qəlbini qırmayın, dedin, Allahım! Məni hər zaman zikr edin, günahlarınıza görə ixlasla tövbə edin ki, sizi bağışlayım, dedin, Allahım! Tövbə edin ki, Cəhənnəm atəşi ilə əzab verməyim, dedin Allahım! Əmrlərimə tabe  olun ki, sizə sonsuz Cənnət verim, dedin Allahım! Bəs biz nə etdik?! Halalını haram, haramını halal etdik özümüzə.
Əfv et bizi, Allahım.Bizə dua etməyi öyrətdin, mənə dua edin ki, dualarınızı qəbul edim, dedin, Allahım!Sevgili Peyğəmbər (s.ə.s) buyurmuşdur: Bir ayaqqabı bağına ehtiyac duysanız belə, tək olan Allahdan istəyin.Bəs biz nə etdik?! Səni unudub günahkar bəndələrinə ümid bəslədik. Əfv et bizi Allahım.Dünya həyatı yıxıb-sürüdü, özünə kölə etdi bizi, Allahım. Kasıb olduqda verdiyin ruziyə qane olmayıb şükrünü yerinə yetirmədik.Dövlətli olduqda istəmədən bəxş etdiyin nemətləri haqqı olan yoxsullara qıymadıq. Sağlam olduqda bizə əmanət verdiyin  bədən sağlamlığına, günah və haram buyurduğun yemək - içməklə  xəyanət etdik. Xəstə olduqda da sağlam olduğumuz günlərə görə Sənə şükür etmədik. Əfv et bizi, Allahım.Muhəmməd (s.ə.s) eşqinə, onun pak və məsum Əhli-beytinə (ə) xatir biz günahkar bəndələrini əfv et. Gecə-gündüz qarşında rükuyə bükülən  bellərə xatir, Səni zikr edən dillərə xatir, əfv et bizi, Allahım!






 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!