Subaşına çıxmağın ədəbləri

Subaşına çıxmağın ədəbləri
Qadın və Din
10.09.2017 19
 


 
1. Subaşına çıxan şəxs elə yer seçməlidir ki, insanlar onun nə özü­nü görə bilsinlər, nə orqanizmdən qazburaxma zamanı ehtimal olu­nan səsi eşitsinlər, nə də ifrazatın və qazın iyini duya bilsinlər;
 
2. Ayaqyoluna daxil olarkən aşağıdakı duanı oxumaq müstəhəbdır (bəyənilir);
 
«Allahummə inni əuzu bikə minəl-xubsi vəl-xəbais» Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığını­ram!

 

 
3. Ayaqyolundakı adam heç nə danışmamalı, salam verib-almama­lı, zə­rurət olmadan çağırana cavab verməməlidir;
 
4. Subaşına çıxan şəxs qibləyə təzim etmək, onun ehtiramını göz­lə­mək naminə üzünü və ya arxasını qibləyə çevirməməlidir;
 
5. Subaşına çıxan şəxs bədəninə nəcis və sidik dəymə­sindən özünü göz­­ləməlidir;
 
6. Subaşına çıxan şəxs insanların gedib-gəlmək üçün istifadə et­dik­lə­ri yollardan və istirahət etmək üçün nəzərdə tutulan yerlərdən kəna­ra çə­kil­məlidir;
 
7. Subaşına çıxan şəxs axmayan durğun sulara, özünün çimdiyi su­yun içinə nəcis və ya sidik salmamalıdır;
 
8. Sidik ifraz etdikdə ayaq üstə durmaq bəyənilmir. Subaşına çıxan şəxs yalnız iki şərtlə bunu edə bilər;
 
a) Sidiyin paltarına və ya bədəninə sıçramayacağına əmin olduqda;
 
b) Başqalarının onun ayıb yerlərini görməyəcəyinə əmin olduqda.
 
9. Hər iki ifrazat üzvünün çıxışı su (tapılmadıqda isə daş və s.) ilə1 təmizlənməlidir;
 
10. Ayaqyolunda sol əl ilə təmizlənmək lazımdır;
 
11. Ayaqyolundan çıxdıqda aşağıdakı duanı oxumaq müstəhəbdır (bə­yənilir);
 
«Ğufranəkə» - (Allahım!) Məni bağışla!
 
12. Ayaqyoluna sol ayaqla daxil olmaq və sağ ayaqla çıxmaq müs­tə­həb­dır (bəyənilir).
 



 
 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!