Qurani-Kərimdən seçilmiş dualar (1-ci hissə)

Qurani-Kərimdən seçilmiş dualar (1-ci hissə)
Qadın və Din
10.09.2017 54
1. "Rabbənə zaləmnə ənfusənə və ən ləm təğfir lənə və tərhmnə lənəkunənnə minəl - xasirin"
"Ey
rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət
etməsən, biz şübhəsiz ki ziyana düşənlərdən olarıq" (əl-Əraf,23) ;
2. "Rabbi inni əuzu bikə ən əsələkə mə leysə li bihi elmun və illə təğfir li və tərhəmni əkun minəl-xasirin"
"Ey
Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni
bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram" ( Hud, 47) ;
3. "Rabbi-ğfirli va livalideyyə va limən dəxalə beytiyə muminən va li-l-mumininə val-muminət va lə təzidiz-zaliminə illə təbəra"
"Ey
Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kəmə daxil olan kimsəni və
(Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla.
Zalimlərin isə ancaq həlakını artır" (Nuh,28).

4.
"Rabbənə təqabbəl minnə,innəkə əntə-səmiyul-alim "
"Ey Rəbbimiz! (Bu xeyirli işi) məndən qəbul et, sən doğrudan da, (hər şeyi) Eşidən və Bilənsən" (əl-Bəqərə , 127).
5. "Va tub aleynə, innəkə əntə-t-tavvəbu-r-rahim"
"Tövbəmizi qəbul et! Həqiqətən Sən tövbələri qəbul Edən və Mərhəmətlisən" (əl-Bəqərə,128).
6. "Rabbi-c-alni muqayimə-s-saləti va min zurriyəti.Rabbənə va təqabbəl duai"
"Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılanlardan et. Ey Rəbbim, duamı qəbul buyur!" (İbrahim,40).
7. "Rabbənə-ğ-firli va livalideyyə va lil-mumininə yəumə yəqumul-hisəb"
"Ey Rəbbimiz! Haqq-hesab çəkilən gün məni, ata-anamı və möminləri bağışla" (İbrahim, 41).
8. "Rabbi həb li hukmən va əlhiqni bi-s-salihin vacəl li lisənə sidqin fil-axirin va-c-alni min varəsəti cənnətin-nəim"
"Ey
Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur. Sonra
gələnlərarasında mənə yaxşı ad qismət et! Məni Nəim cənnətlərinin
varislərindən et!" (əş-Şuəra,83-85).
9. "Rabbi həb li minə- s- salihin"
"Ey rəbim! Mənə salehlərdən olan bir övlad bəxş et!" (əs-Saffat, 100).
10. "Rabbənə aleykə təvəkkəlnə va ileykə ənəbnə vaileykə-l-masir".
"Ey
Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə
qayıtdıq. Axır dönüş də ancaq sənin hüzurunadır" (əl-Mumtəhinə, 4).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!